Dünya

Türkiyə Ukrayna ilə birgə helikopter istehsal edəcək

Bu həftənin sonu Türkiyənin Aaerokosmik Holdinqi olan TAİ Ukraynanın ən böyük hərbi zavodlarından biri olan “Motir Siç” kompaniyası ilə müqavilə bağlayacaq. JAMAZ.İNFO xəbər verir ki, müqavilənin bağlanmasına səbəb Türkiyənin 2023-cü ildə istehsal etməyə hazırlaşdığı T-929 ATAR-2 hərbi helikopterləri üçün yeni model motorların yığılmasıdır.

Məlumatda deyilir ki, hazırda Türkiyə ordusunun istismarında olan T-129 helikopterlərini modifikasiya etməyə çalışan Ankara, yeni modelin mühərrikini daha dü gücləndirib, onun həm sürətini, həm də yükdaşıma qabiliyyətini artırmağı planlaşdırır. Yeni T-929 ATAR-2 helikopterləri üçün belə mühərrikləri ABŞ şirkətləri istehsal edə bilir. Lakin Türkiyə gözlənilmədən Ukraynanın “Motor Siç” şirkətinə üz tutub. Məqsəd bu şirkətin helikopterlər üçün həcmi 2500 cc həcmdə olan mühərrik istehsal edə bilməsidir. Bundan başqa, bu mühərriklər daha ucuz başa gəlir. Və böyük ehtimalla Türkiyənin bir məqsədi də Ukraynanın hərbi sənaye kompleksi ilə daha dərin əməkdaşlıq qurmaq istəyidir.

Qeyd edək ki, Ukraynanın”Motor Siç” şirkəti 1972-ci ildə qurulub. O əsasən Mİ-8 helikopterləri üçün mühərrik istehsal edib. Bundan başqa, Ukrayna şirkəti Mi-24, Mi-28, Ka-32 və Kka-52 helikopterlərindən başqa bütün sovet və rus helikopterləri üçün mühərrik hazırlamaq gücündədir və indiyə qədər hazırlayıb.

Son dövrər bu şirkətin istehsal etdiyi TBZ-117 Ukrayna istehaslı olan təyyarə üçün hazırladığı mühərrik gücünə görə, Rusiyanın An-140 və İl-112 təyyarələrinin mühhəriklərindən daha güclüdür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button