Dünya

Vardenisdə erməni əsgəri itkin düşüb: Günahı bizdə axtarırlar

Ermənistan ordusunun müddətdən artıq hərbi qulluqçusu Norik Ağababayan Vardenis istiqamətində (Kəlbəcərlə sərhəddə yaxın yerdə) itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, əslən Ermənistanın Tavuş rayonunun Koxb kənd sakini olan hərbçinin hansı şəraitdə yoxa çıxdığı, öldüyü və sağ olduğu məlum deyil.

Məlumata görə, 18 yaşlı Norik Ağababayan cəmi 3 ayın əsgəri olub. Sonuncu dəfə o, Vardenisdən, xidmət etdiyi ərazidən ailəsi ilə internet vasitəsi ilə əlaqə saxlayıb. Həmin əlaqədən sonra ondan xəbər almaq mümkün olmayıb.

Erməni mətbuatı isə ənənəvi olaraq günahkar kimi Azərbaycan tərəfini göstərməyə çalışır və iddia edirlər ki, guya, Norik Kəlbəcər istiqamətində Azərbaycan hərbçiləri tərəfindən öldürülə bilər.

Qeyd edək ki, ermənilər elə bir müddət əvvəl Geqarkun rayonunda keçirilən toyda bir nəfərin ölümü ilə nəticələnən hadisəni də Azərbaycanın üzərinə atmağa çalışırdılar. Məlum olmuşdu ki, hadisəni törədən elə erməni hərbçisi olub və o, öz əsgər yoldaşını güllələyib. İndi Norik də hansısa erməni hərbçinin güdazına gedib və onun itkin düşməsini Azərbaycanın üstünə atmaq istəyirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button