GündəmManşet

Peskov: “Azərbaycan və Rusiya hərbçiləri “İsgəndər” məsələsini müzakirə edirlər”

Rusiya tərəfi yaxın günlərdə Qarabağda Azərbaycan Ordusuna qarşı istifadə olunmuş “İisgəndər-M” raketi ilə bağlı mövqeyini açıqlayacaq. JAMAZ.İNFO xəbər verir ki, bunu Kremlə yaxın ekspertlər dilə gətiriblər.

Onlar Moskvanın məsələyə münasibət bildirməsinin şərt olduğunu qeyd edirlər. Bildirirlər ki, əks təqdirdə Azərbaycanla münasibətlərin korlanması qaçılmaza çevriləcək.

Qeyd edək ki, bu gün ADA-da keçirilən konfransda çıxış edən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, “İsgəndər-M” raketləri ilə bağlı rəsmi Moskvaya müraciət ediblər və məktub göndəriblər. Ölkə başçısı vurğulayıb ki, rusiyalı həmkarı Vladimir Putinlə də Qarabağda “İskəndər-M” raketlərinin qalıqlarının tapılması barədə məlumatları müzakirə edib. Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirə aprelin 1-də baş tutub: “Bu məsələni müzakirə etdik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotoşəkillər, dəlillər ilə birlikdə rəsmi məktub göndərib. Ancaq hələlik heç bir cavab almamışıq. Ermənistan gah partlamamış raketlərdən danışırlar, gah da bunun sirr olduğunu deyirlər. Demək ki, onlardan istifadə olunub. Yerevandan rəsmi cavab gözləyirik”.

Prezidentin bu günkü açıqlamasından sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibət bildirib. O deyib ki, Azərbaycan və Rusiya hərbçiləri hazırda “İsgəndər” raketlərindən Qarabağda istifadə olunması məsələsinə görə, ciddi və davamlı dialoq aparırlar.  “Həmin dialoqda zəruri olan bütün məsələlər müzakirə edilir və suallara cavab verilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button