İqtisadiyyat

FED-in qərarı, bahalaşma və Azərbaycan “metodu”

Qaşqay İsmayıl

Bu gecə ABŞ Federal Rezerv Sisteminin əvvəlki maliyyə siyasətini davam etdirəcəyi, sadə dildə desək, dollar çap etməkdə davam edəcəyini bildirməsi, dünyada müşahidə edilən bahalaşmanın dayanmayacağını göstərir.

İnkişaf etmiş dövlətlər öz problemlərini həll edərkən, bizim kimi ölkələrin vəziyyəti daha da ağırlaşır. Tarixdə misli görünməmiş miqdarda dollar çapı, eyni qaydada əmtəə, ərzaq və digər mallarda qiymət artımına gətirib çıxarır. Hazırda bir çox məhsulların qiyməti rekord həddə qədər bahalaşıb, lakin ABŞ, AB kimi ölkələrin vətəndaşları, dövlətin çap etdiyi pullar hesabına, bu bahalaşma dalğasının zərbəsindən qoruna bilirlər.

Bahalaşma dalğasının təsiri Azərbaycanda xüsusilə hiss olunur. Çünki digər ölkələrdə nisbətən azad bazar qtisadiyyatı olduğundan. əhalinin pul gəlirlərində müəyyən artım olur, yaxud rəqabət hesabına qiymətlər kəskin artmır. Azərbaycanda isə monopolistlər bir tərəfdən qiyməti artırır, digər tərfdən isə dövlət büdcəsindən maaş və pensiya alan əhalii cüzi ödənişlərini artırmaqda acizdir. Daha acınacaqlı vəziyyət isə kiçik və orta biznesin nümayəndələrinə aiddir. Pandemiya bəhanəsilə biznesləri iflasa uğrayan və ya iflas həddində olan, büdcədən qidalanmaqdan məhrum bu təbəqə ümumiyyətlə gəlirsiz qalıb. Hökumət isə əhalinin rifahını düşünmək əvəzinə, yalnız devalvasiyaya imkan verməmək, beləliklə də hazırki stabilliyi saxlayıb, hakim siyasi sistemin ömrünü uzatmaq niyyətindədir

Qiymət artımına qarşı inzibati addımlar, gömrükdə bəzi rüsumları ləğv etmək çıxış yolu deyil, çünki idxal olunan məhsullar bütün dünyada durmadan bahalaşmaqdadır. Hökumət ya biznesə sərbəstlik verib, ölkədə devalvasiya bahasına da olsa pul kütləsini artırmalı, iqtisadi canlanma yaratmalı, əhalinin pul gəlirlərinin artmasına şərait yaratmalı, yaxud da indiki inzibati tədbirlər bitəndən sonra, Türkmənistan ssenarisini tətbiq edib boş piştaxtalar və növbələr yaratmalıdır.

Təcrübə göstərir ki, ikinci ssenari daha realdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button