İqtisadiyyat

Füzuli-Şuşa yolunun ardından, Horadiz-Mincivan yolunun çəkilişinə başlanılır

Azərbaycan işğal altında olan torpaqlarımızda infrastrukturu qurmaq üçün bir neçə iri layihəni reallaşdırmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Füzuli-Şuşa avtomobil yolunun inşasına start veriləndən sonra daha bir iri layihənin icrasına hazırlıq görülür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bidirib ki, yeni avtomobil yolu Ermənistan sərhəddinə qədər uzanacaq. Onun sözlərinə görə, həmin yol Horadiz qəsəbəsindən başlayaraq, Mincivan qəsəbəsində başa çatacaq. Ardından isə üçtərəfli razılaşmaya əsasən həmin yol Ermənistan sərhəddinə, oradan da Mehri yolu ilə Naxçıvana qədər çəkiləcək.

Nəcəfli deyib ki, hazırda yeni yolun çəkilişi ilə əlaqədar planlaşdırma işləri görülür. O, layihənin qiyməti barədə heç bir məlumat verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button