İqtisadiyyat

İranlı ekspert: “Qafqaz Dəhlizinə qarşı çıxmaq Azərbaycanın maraqlarına cavab vermir”

“Şimal-cənub kommunikasiya marşrutu bir tərəfdən Gürcüstanla, digər tərəfdən İranla məhdudlaşır. Şərq və qərb tərəfləri Azərbaycan və Türkiyə ilə əsaslı fərqlərə malikdir. Ona görə də Ermənistanın prosesdə olması çox vacibdir. Eyni zamanda, Ermənistan və Gürcüstan İran ərazisindən keçərək isti dənizlərə çıxış əldə edə bilərlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Orta Asiya, Qafqaz və Rusiya üzrə iranlı mütəxəssis Həsən Beheştipur “Qafqaz Dəhlizi barədə danışarkən deyib.

Onun sözlərinə görə, İranın Avropaya çıxışı olması da çox vacibdir. “Yəni Türkiyə və Azərbaycan vasitəsilə İran da Avropaya çıxa bilər. Amma şaxələndirmə İran üçün çox vacibdir. Quru yol və enerji, qaz və neft nəqli İran, Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən, İran, Ermənistan və Gürcüstanın və xüsusən də bölgə ölkələrinin şimal-cənub əməkdaşlığı qurmasının vacib olduğunu düşünürəm. İran bu kommunikasiya marşrutu, dəmir yolu və avtomobil nəqliyyatı, enerji nəqli ilə paralel olaraq, Azərbaycan və Rusiya ilə çox yaxşı əməkdaşlıq qura bilər”.

Həsən Beheştipur İran-Azərbaycan münasibətlərindəki gərginlikdən də danışıb. O qeyd edib ki, Azərbaycan “Qafqaz Dəhlizi”nə maneələr yarada bilməz. “Digər tərəfdən, Bakının maraqları maneə yaratmağa imkan vermir. Hər iki səbəbə görə, Azərbaycan nəinki buna qarşı çıxmamalı, həm də bu cür əməkdaşlığın formalaşmasına kömək etməlidir. Çünki qonşu ölkələr arasında nə qədər çox əməkdaşlıq qurularsa və ümumi maraqlar müəyyən edilərsə, bir o qədər sabitlik və təhlükəsizliyin yaranmasına rəvac vermiş olarlar”.

Onun sözlərinə görə, son vaxtlar İran-Azərbaycan münasibətlərində yaranan gərginlik, bir tərəfdən İran, Azərbaycan və Rusiya, digər tərəfdən Azərbaycan, Ermənistan və Gürcüstan arasında çoxtərəfli əməkdaşlığın qurulmasına heç bir şəkildə mane olmayacaq. “Məncə, bu cür əməkdaşlıq hamının xeyrinədir, çünki onun hədəfi iqtisadi əməkdaşlıqdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button