İqtisadiyyat

“Qaçqınkom” 42 minə zibilqabı alır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından qeyd edilir ki, “AZMON-1” MMC 15 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, məhəllə 4042/4060, ev 7, mənzil 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Heydər Bayram oğludur.
Açıq mənbələrdə Heydər Həsənov barədə hər hansı məlumat yoxdur.
“AZMON-1” MMC-yə gəlincə, araşdırmalar zamanı məlum olub ki, bu şirkət vaxtaşırı Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.
2019-cu ildə qurum şirkətlə 49 845.12 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “AZMON-1” MMC məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahlar quraşdırılması nəzərdə tutulub.
2 aprel 2020-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti yenə də “AZMON-1” MMC ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 49 755.41 AZN təşkil edən bu müqavilədə də söhbətgahların quruaşdırılması nəzərdə tutulur. Əvvəlki tenderdən fərqli olaraq burada söhbərgahların sayı da açıqlanıb: 8 ədəd.
Sadə hesablama aparsaq, 1 söhbətgahın quraşdırılmasının 6219 AZN-ə gəldiyini görərik. Bunun nə dərəcədə real olduğuna artıq  Komitə aydınlıq gətiməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button