ManşetÖlkə içi

Arayik iki daş, Babayan isə qapı dalında qalıb: Paşinyan baş separatçını hədələyib  

Qarabağ ətrafında baş verən proseslər artıq bu bölgədə yaşayan ermənilər üçün də hansı sonluqla bitəcəyini tam çılpaqlığı ilə anlayırlar. Hazırda əsas hədəfləri bir qədər vaxt udmaq və ən minimal statusa nail olmaqdır. Elə ortalığı qarışdırmaq, ara-sıra gərginliklər yaratmaq da buna hesablanıb.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı erməni separatçılarının rəhbəri Arayik Harutyunyan İrəvan hökuməti tərəfindən ciddi şəkildə sıxışdırılır. “İravunk” qəzetinin yaydığı xəbərə görə, Nikol Paşinyan baş separatçıya bir neçə xəbərdarlıq edib. Onlardan biri də hazırda Ermənistanda müxalifətin keçirdiyi aksiyalara qatılmamaqdır. Həmçinin əsas tələblərdən biri də budur ki, Qarabağda ermənilər hər hansı etiraz aksiyası, yürüş və bu qəbildən olan tədbirlər keçirməməməlidir. “Nikol Paşinyan bir neçə gün əvvəl Arayik Harutyunyana telefon açaraq, onu hədələyib. Harutyunyana bildirib ki, əgər o və ətrafı İrəvanda keçirilən aksiyalara qatılarsa və ya onları dəstəkləyən bəyanat verərsə, aqibəti çox pis olacaq. Bundan başqa, Harutyunyandan tələb edib ki, Qarabağın statusu ilə bağlı danışmasın. İndi Arayik iki daş arasında qalıb. Bir tərəfdən Qarabağ şüarı ilə aksiya keçirən müxalifətə dəstək verə bilmir və bu onu nüfuzdan salır. Digər tərəfdən isə Nikol Paşinyanın təzyiqləri qarşısında duruş gətir bilmir”.

Amma görünən və bilinən odur ki, Ermənistanın hazırkı hökuməti təkcə, Arayik Harutyunyanı deyil, elə onun əyan-əşrəfini də ciddiyə almamaq qərarına gəlib. Belə ki, Qarabağdakı separatçıların nümayəndəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan günlərdir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə bilmir. Daha doğrusu, İrəvana gəlib, qapısında gözləsə də, Mirzoyan onu qəbul etməkdən imtina edir. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Mirzoyanla Babayan arasında sonuncu dəfə görüş ötən ilin sentyabrında baş tutub. Həmin vaxt bir sıra məsələlər müzakirə olunub və söhbət də uzun çəkməyib. Həmin vaxtdan bəri Babayanın bütün cəhdlərinə baxmayaraq, Mirzəyanla görüşü alınmayıb.

Ermənistan XİN-in bununla bağlı verilən sualı şərh etməyib. Nazirlikdən bildiriblər ki, zərurət olduğunda Babayanla görüş mümkünləşəcək.

Gedişatdan belə başa düşülür ki, İrəvan hökuməti Qarabağdakı separatçılarla bir masa arxasında əyləşib, onlarla nəyisə müzakirə etmək fikrində deyil.  Eyni zamanda, Nikol Paşinyan Azərbaycanla sülh sazişi bağlamaq məsələsində israrlı kimi görünür, lakin prosesə daha çox ölkəni daxil etməyə çalışır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button