ManşetÖlkə içi

ATU-nun rektorunun daha bir videosu yayıldı: “Yeriyə bilmir”

Ötən günlərdə Azərbaycan Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov barədə video yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, həmin görüntülərdə Süleymanovun yeriyə bilmədiyi, köməkçisinin qucağında işə-gedib gəldiyi əks olunmuşdu.

Belə ki, rektorun bir ildən çoxdur xəstə olduğu, insult keçirdiyi və bu səbəbdən də yeriyə bilmədiyi qeyd olunur. Lakin universitetin mətbuat katibi Xəyalə Məmmədovanın mətbuata açıqlamasında bildirib ki, sosial şəbəkələrdə göstərilən məlum video görüntülər rektorun təzyiqinin qalxdığı zamana təsadüf edir.

Amma bu gün Akif Süleymanovun səhhətinin hansı vəziyyətdə olduğunu əks etdirən daha bir videogörüntü yayılıb. Həmin görüntülərin bu ilin fevralın əvvəlində çəkildiyi bildirilir. Deniz Poluxova adlı şəxsin JAMAZ.İNFO-nun elektron poçtuna göndərdiyi videodan belə görünür ki, həqiqətən də ATU-nun rektorunun sağlamlığı yerində deyil. “Diqqətlə baxsanız, rektorun saat 9-dan tez işə gəldiyini müşahidə edə bilərsiz. Buna səbəb də onun vəziyyətinin necə olmasının başqları tərəfindən bilinməməsidir. Yəni, adamlar kənardan onu görməsinlər”.

Məsələ ilə bağlı ATU-dan hər hansı bir açıqlama verilməyib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button