ManşetÖlkə içi

Azərbaycan erməni əsirləri verməkdən imtina edib: İrəvana uçan təyyarə boş olub -YENİLƏNİB

NEWS.am saytı isə məlumatı dəqiqləşdirmək üçün hökumət rəsmiləri ilə əlaqə saxlamağa çalışıb. Lakin onların zənginə cavab verən olmayıb.

Xatırladaq ki, 10 noyabr anlaşmasından sonra Qarabağda əsir götürülmüş erməniləri Azərbaycan tərəfi hərbi əsir kimi qəbul etmir. Rəsmi Bakı bəyan edir ki, onlar terrorçudurlar və dövlət sərhəddimizi qanunsuz olaraq keçib, təxribat törətməyə çalışırmışlar. Həmin ermənilərlə bağlı Bakıda cinayət işinin açıldığı da vurğulanır.

***

Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan mətbuata açıqlama verərək məlumatı təsdiqləyib. O bildirib ki, Azərbaycan tərəfi əsirləri verməkdən imtina edib. “Biz Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparırıq. Bu dəfə danışıqlarımız nəticəsiz qaldı. Hesab edirik ki, Azərbaycan tərəfi sonda 10 noyabr bəyanatının 8-ci bəndinə riyayət edəcək. Və onun kağız parçası olmadığını təsdiqləyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button