ManşetÖlkə içi

Azərbaycan Gorus-Qafan yolunu bağladı – FOTO

44 günlük müharibədən sonra dövlət sərhəddimizi bərpa edən Azərbaycan Ordusu həmin dönəmdə Qqafanla Gorusu birləşdirən 21 km uzunluğundakı yolun da təhlükəsizliyini təmin edib. JAMAZ.İNFO xəbər verir ki, Şurnuxu kəndi yaxınlığından keçən həmin yolda Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqəsi açılıb, Sərhədd Qoşunlarının qarovulu təmin edilib.

İki gün əvvəl isə Azərbaycan tərəfi həmin yolla hərəkəti tamamilə dayandırıb. JAMAZ.İNFO “Haykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, iki gün əvvəldən etibarən Azərbaycan tərəfi Qafan-Gorus yolunun 21 km-lik nəzarətimizdə olan hissəsinə beton plitələr və tikanlı məftillər döşəyib. Bununla da İrandan İrəvana gedən yük maşınlarının hərəkəti tamamilə dayanıb. Onlar Tatev-Ağvan yolundan istifadə etmək məcburiyyətində qalıblar. Həmin yoldan isə iritonnajlı avtomobillərin istifadə etməsi mümkünsüzə çevrilib.

Azərbaycan tərəfinin sözügedən yolu hansı səbəbdən bağladığı barədə dəqiq məlumat yoxdur. Bəzi ehtimallara görə, Qafan-Gorus yolu bir müddətliyinə təmirə dayandırılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button