ManşetÖlkə içi

Azərbaycan Ordusu Laçın Dəhlizinin girişində daha iki post qurub – VİDEO  

Xəbər verildiyi kimi, dünəndən etibarən Azərbaycan tərəfi Ermənistanın sərhəddə yerləşən Çakaten kəndinin girişində post yaradıb. JAMAZ.İNFO xəbər verir ki, həmin postlar sərhəd və gömrük keçid məntəqələri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycanın belə bir addım atmasından ciddi əndişəyə düşüb. Belə ki, Çakatenin Qafan-Gorus yoluna çıxışında postun qurulması ərazidəki 6 kəndin Qafan və Gorusla əlaqəsinin kəsilməsi deməkdir. Rəsmi İrəvan bu mövzuda susqunluq nümayiş etdirsə də, erməni siyasətçiləri hakimiyyəti ağır formada təhqir edirlər. Onlar baş nazir Nikol Paşinyanı Azərbaycana satılmaqda ittihamlayır, bütün bunların razılaşdırıldığını deyirlər.

Bu əsnada, Qafan şəhərinin meri Gevorq Parsyan deyib ki, Çakaten kəndindən əsas magistrala çıxışın bağlanması bu bölgə ilə əlaqənin kəsilməsi deməkdir. Onun sözlərinə görə, Azərbaycan tərəfi orada gömrük postu qurub və bundan sonra ermənilərin Gorus və ya Qafana getməsi müşkülə çevriləcək. O, Tatev-Ağvan yoluna çıxmaq və ya kəndlər arasından keçərək qeyd olunan şəhərlərə getmək üçün torpaq yoldan istifadə olunacağını, lakin qışda həmin yolların keçilməz olduğunu deyib. “Hələlik nə edəcəyimizi bilmirik. Azərbaycan tərəfi Çakaten yolunun üstündə gömrük postu qurur. Bizim o kəndlərlə əlaqələrimiz bir müddət mümkün olmayacaq”.

Qafan rayonu, Nerkin kəndinin icma rəhbəri Xaçatur Bağdasaryan isə deyib ki, Çakaten kəndindən təxminən 4 km aralıda olan Qafana gedən yolda bəzi tikinti işləri aparır. “Bu bir faktdır ki, yolda işləyirlər, ağacları kəsirlər, orada maşın dayanıb”.

Xaçatur Bağdasaryan onu da deyib ki, Azərbaycan bu yolu bağlasa, o nöqtədən kəndlərinə və Qafana çatmaq üçün Meğridən keçməli olacaqlar. “Dağların arasından başqa yolumuz var. Amma indi qar yağır, oranı keçmək mümkün deyil. Üstəlik, illərdir təmizlənməyib, təmir olunmayıb. Meğridən keçən yol isə 100 km daha uzundur”.

Yerevan.Today saytı isə Qafan-Çakaten avtomobil yolunda Azərbaycanın dünən gecədən etibarən iki post qurduğu barədə məlumat yayıb. JAMAZ.İNFO sayta istinadən xəbər verir ki, hər postda 15 Azərbaycan əsgəri xidmət edir.

Saytın bildirdiyinə görə, postlar Laçın Dəhlizinə keçidin düz üzərindədir. Və ermənilər hesab edirlər ki, Azərbaycanın Dəhlizin girişində bir gecədə iki hərbi post qurmaları dünən Şuşa yaxınlığında baş vermiş məlum hadisə ilə əlaqəlidir. Belə ki, dünən erməni terrorçu Norayir Mirzoyan Azərbaycan əsgərlərinin yerləşdiyi posta qumbara atıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button