ManşetSosial

Bakıda üzərində “Z” hərfi yazılmış kolbasalar peyda olub- FOTO

Məlum olduğu kimi, Rusiya Ukraynaya hərbi təcavüz zamanı hərbi texnikalarının üzərinə “V” və “Z” hərfləri yazaraq, bununla fərlənirlər. Bu hərflərin konkret olaraq hansı məna daşıdığı dəqiq məlum deyil. Lakin böyük əksəriyyət Rusiyanın bundan son illərdə, hətta Qarabağ müharibəsi zamanı istifadə etdiyini, mənasının isə faşizmin simvolu olduğunu iddia edirlər.

JAMAZ.İNFO xəbər verir ki, Ukraynada baş verən dəhşətli qətliamlar, rus ordusunun vəhşiliyi fonunda hər iki işarələr ciddi qınaq obyekti olmaqla yanaşı, cəmiyyətlər tərəfindən də aqressiya ilə qarşılanır. Rusiyanın Ukraynaya hərbi təcavüzünün simvolu olan “Z” işarəsinin Azərbaycanda da kəskin şəkildə qarşılandığı sirr deyil. Lakin buna baxmayaraq, Bakıda üzərində “Z” işarəsini əks etdirən kolbasalar peyda olub.

JAMAZ.İNFO xəbər verir ki, Rusiya istehsalı olan həmin kolbasalar Nizami küçəsində yerləşən “Tahir” adlı marketdə satıldığı məlum olub. “Prazdniçnıy” adlanan bu kolbasaların Bakıya necə gətirildiyi və nə məqsədlə gətirildiyi məlum deyil. Marketin sahibi də bu barədə hər hansı bir açıqlama verməkdən imtina edib.

Maraqlı məqam odur ki, bu kolbasaların Bakıya necə gəldiyi, hansı firma tərəfindən gətirildiyini də dəqiqləşdirmək mümkün hələlik deyil. Belə ehtimal etmək olar ki, sözügedən məhsulları Azərbaycana gətirən firma ya bundan xəbərsiz olub, ya da məqsədli şəkildə belə bir addım atıb.

Dünən isə sözügedən dükanda hətta bir neçə müştəri ilə dükan sahibi arasında mübahisə də yaranıb. Əldə etdiyimiz məlumata görə, müştərilər kolbasaların satışdan çıxarılmasını tələb etsələr də, onlarn tələblərinə əhəmiyyət verilməyib. Yalnız kolbasaları vitrindən götürməklə kifayətlənərək, müştəriləri dükandan çıxarıblar. Bu gün səhər isə həmin məhsullar yenidən vitrində peyda olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button