GündəmManşet

Daha bir yüksəklik və Şikaox qoruğu Azərbaycana verilir: Erməni deputat təsdiqlədi   

“Güman ki, Şikaox dövlət qoruğunun qarşısında yerləşən müdafiə mövqeyimizi itirəcəyik”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Haystan” blokundan olan deputat Vaqe Akopyan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun Şikaox, Sraşen və Çakaten kəndlərində yerləşən erməni hərbçilərinin ciddi mövqe problemləri var. “Müqavimət göstərilmədiyi üçün Azərbaycan Ordusu sərbəst irəliləyir. Yaxın gələcəkdə, çox da uzaq olmayan müddətdə, bu kəndlərə bitişik olan Şikaox qoruğunun qarşısındakı yüksəkliyi də itirəcəyik”.

Vaqe Akopyan bir neçə gün bundan əvvəl Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi barədə yayılan məlumatı da təsdiqləyib. “Qafanın meri xəritə üzərində bizə hər şeyi göstərdi. Vəziyyəti ətraflı izah elədi. Təəssüf ki, Ağdağ dağı artıq bizdə deyil. Təəssüf ki, mənzərə budur”.

Qeyd edək ki, Azərbaycan tərəfi nə Ağdağ, nə də Şikaox qoruğu barədə yayılan məlumatlara münasibət bildirməyib. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button