ManşetSosial

Dillər Universitetində əmək haqqların verilməsi niyə gecikir? –ŞİKAYƏT

Azərbaycan Dillər Universitetinin müəəlim heyəti, işçiləri və tələbələrinin maaş və təqaüdləri gecikdirilir. Bu barədə JAMAZ.İNFO-ya həmin uniiversitetin bir qrup müəllimi məlumat verib.

Onların bildirdiyinə görə, sözügedən təhsil ocağında pedaqoq və texniki heyətin əmək haqlarının geçikdirilməsi adət halını alıb. Bundan başqa, müəllimlər ötən ayın maaşını da indiyə qədər ala bilmədiklərini vurğulayıblar. “Bundan əvvəl də maaşların verilməsində gecikmələr olmuşdu”.

Məlumat verən şəxslər iddia edirlər ki, maaşların geçikməsinə səbəb universitetin büdcəsinin boşaldılmasıdır. “Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda, maaşların və təqaüdlərin qəsdən verilməməsi haqlı olaraq işçilərin və tələbələrin narazılıqlarına gətirib çıxarır”.

Müəllimlər deyir ki, əvvəllər bayram və ya əlamətdar günlərdə aldıqları bayram pulları da yığışdırılıb. “İşçilərin arasında ayrı-seçkilik, yeni işçilərin, yəni rektorun gətirdiyi işçilərin maaşlarının yüksək olması və s. daha çox hal alıb”.

Onlar deyir ki, əvvəllər universitetin büdcəsi hesabına şöbələrə verilən aylıq ləvazimatlara da rektor Kamal Abdullanın maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyeva tərəfindən limit qoyulub. “Şöbəyə lazım olan siyahıların üstündən xətt çəkilməyə başlanılıb. Məcbur olub şöbələrə vərəq, qələm, pozandan tutmuş bütün ləvazimatlara qədər işçilər özləri almalı olurlar.Səbəb kimi isə Universitetin büdcəsində pulun olmaması göstərilir”.

Şikayətçilər sual edirlər ki, 18 milyona yaxın dövriyyəsi olan dövlət universitetinin büdcəsi niyə boş olmalıdır. Eelə cavab olaraq da deyirlər ki, bunu bilmək üçün ADU-nun rektoru Kamal Abdulla və onun maliyyə məsələləri üzrə müşaviri Nüşabə Tanrıverdiyevanın fəaliyyətinə nəzər salmaq kifayət edir. “İşçilərin maaşlarını, tələbələrin təqaüdünü gecikdirib saytlarda özünü reklam etdirməsi, saxta fəxri adlara xərclənən pullar bütün işçilərin qəzəbinə səbəb olub”.

JAMAZ.İNFO-ya müraciət edən ADU-nun müəllimləri bildirirlər ki, onlar bankdan götürdükləri kreditlərlə dolanışıqlarını təmin edirlər. “Kamal Abdullanın başı isə öz ad gününü keçirtmək, zorla reklam etmək və bir yol tapıb Prezidentdən “mükafat qopara bilmək” niyyətinə qarışıb”.

Şikayət edən şəxslər sonda onu da qeyd ediblər ki, çıxış yolunu ölkə Prezidentinə müraciət etməkdə görürlər. Və bununla əlaqədar olaraq, narazı şəxslərin imzası ilə məktub tərtib olunacaq.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button