ManşetÖlkə içi

Erməni general: “Rusiyanın Gümrüdəki hərbi bazası Azərbaycan və Türkiyəyə qarşı yaradılıb”

“Gümrüdəki Rusiya bazası iki türk dövlətinin (Azərbaycan və Türkiyə nəzərdə tutulur-red.) təcavüzünə qarşı yaradılıb”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Norat Ter-Qriqoryants deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda risk bölgəsində yerləşir. “Bu gün Ermənistan Türkiyə və NATO-nun qeyri-rəsmi üzvü Azərbaycanın əhatəsindədir. Gürcüstana gəlincə, o da tamamilə Ankara və Bakının nəzarətindədir”.

Ter-Qriqoryants deyir ki, o vəzifəyə gələndə Azərbaycan Qarabağın, Sünikin alınması, Naxçıvanla əlaqə və İrəvana qarşı hücum əməliyyatları hazırlayırdı (?!). “Məndən soruşdular: planlarımız nədir? Mən Ermənistan ərazisində Rusiyanın anklavını (ümumi sərhədin olmamasını nəzərə alaraq) yaratmağı təklif etdim və hakimiyyət də razılaşdı. Çünki pis-yaxşı yeganə müttəfiq Rusiyadır ki, onun da cənub sərhədlərinin mühafizəsinə, Ermənistanın isə müdafiəyə ehtiyacı var idi. Ona görə də mən təklif etdim ki, sərhəd xidmətinin 50% – i Ermənistan təhlükəsizlik qüvvələri, 50%-i isə Rusiya təhlükəsizlik qüvvələri təşkil etsin”.

Erməni general bildirir ki, Gümrüdəki hərbi baza bazadır, ora pomidor-xiyar anbarı deyil. “Ermənistanın təhlükəsizliyinin qarantıdsır. Ermənistan Müdafiə Nazirliyi baza ilə hərtərəfli əməkdaşlıq etməlidir.Təəssüf ki, mən gedəndən sonra Ermənistanın müdafiə nazirləri bir-biri ilə iyrənc və pis münasibət qurdular. Xüsusilə Naxçıvanda Türkiyə-Azərbaycan təlimləri fonunda mütəmadi olaraq birgə təlimlər keçirməli idilər”.

O qeyd edib ki, Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmağa heç bir halda imkan vermək olmaz. “Türklərin hər gün fərqli baxışları, nəzəriyyələri var. Eşitmirsən, Əliyev necə İrəvanı özününkü elan edir?”

Erməniu general “Anqlosakslar və türklər arzulayırlar ki, Rusiya Ermənistanı tərk etsin. Belə olan halda Ermənistan dövləti Assuriyanın taleyini təkrarlamaq riski daşıyır. Rusiya Ermənistanda, Qafqazda hərbi bazasının olmasında maraqlıdır. Saakaşvili Sxinvalini dağıtmağa başlayanda, orada cəmi 70 rus sülhməramlısı var idi və onlardan bəziləri həlak oldu. Rusiya öz xalqı üçün Gürcüstana ordu yeritdi və onu məhv etdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button