CəmiyyətManşet

Erməni ombudsman: “Belə davam eləsə, Qarabağ erməniləri kütləvi şəkildə mühacirət edəcəklər”

Ermənistanın birinci ombudsmanı Larisa Alaverdiyan Qarabağdan çıxaraq, İrəvan və digər məntəqələrdə məskunlaşmış ermənilərə qaçqın statusunun verilməməsinin ciddi problemə gətirib çıxaracağını bildirib. JAMAZ.İNFO xəbər verir ki, hazırda hüquq müdafiəçisi olan Alaverdiyan bildirib ki, Ermənistan hökuməti bununla bağlı təcili addım atmalıdır.

Onun sözlərinə görə, Qarabağdan gəlmiş ermənilərə nə Ermənistanda, nə də Qarabağda sahib çıxmırlar, onlara humanitar yardım edilmir. O bildirib ki, vəziyyət bu şəkildə davam edərsə, statussuz qalmış Qarabağ erməniləri ölkəni tərk edərək, mühacirətə getməli olacaqlar. “Reallıq budur ki, onların qaçqınlıq statusu sual altındadır. Halbuki ya Ermənistan, ya da Qarabağ tərəfi onları yerləşdirməli, yardım etməlidir. Bununla bağlı çoxsaylı müraciətlər var. Əgər onlar lazımi cavab ala bilməsələr, başqa ölkələrə mühacirət etməkdən başqa çıxış yolları qalmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button