AraşdırmaManşet

Ermənilər əsgərlərimizi həm şərləyir, həm də pul qazanırlar – Sərhəddə “mal-qara” biznesi 

44 günlük müharibədən sonra Azərbaycan Ordusu dövlət sərhədlərimizi bərpa etməyə başlayıb, hazırda bu istiqamətdə xeyli işlər görülüb və demarkasiya prosesinin hələ davam edəcəyi bildirilir. JAMAZ.İNFO xəbər verir ki, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində yaşanan gərginliklər isə erməni tərəfinin mövcud vəziyyətlə barışmaması və mütəmadi olaraq təxribatlar törətməsi ilə bağlıdır.

Qeyd edək ki, Ermənistan tərəfinin bu təxribatları təkcə, sərhəddə silahlı insidentlərə səbəb olmur, həm də Azərbaycan əsgərinə şər atma ilə də müşahidə edilir. Məsələn, may ayının 12-dən etibarən, yəni Ordumuzun ilk demarkasiya prosesinə başlamasından sonra erməni tərəfi mütəmadi olaraq, guya əsgərlərimizin erməni kəndlilərinə məxsus heyvanları “oğurladıqları” iddiası ilə çıxış edirlər. Əvvəllər bu prosesi sərhədyanı kəndlərdə yaşayan ermənilər həyata keçirirdilərsə, hal hazırda analoji təbliğatı Ermənistanın Ombudsman Aparatı həyata keçirməyə başlayıb.

Belə ki, Arman Tonoyan davamlı olaraq, hansısa erməni kəndində inəklərin, öküzlərin, qoyunların yoxa çıxdığını deyir və iddia edir ki, guya, onları Azərbaycan əsgərləri oğurlayıblar. Dünən isə bu qəbildən olan daha bir məlumat yayılıb. Həmin iddiaya görə, Qafan rayonunun Çakaten və David Bek kəndlərində yaşayan ermənilərə məxsus 9 başa yaxın mal-qara yoxa çıxıb. Ombudsman Aparatı bununla kifayətlənməyib, həmin mal-qaranın Azərbaycan əsgərləri tərəfindən “oğurlandığını” da dilə gətirib. Hətta bölgədə olan rus sülhməramlılarının Azərbaycan tərəfi ilə danışıqlar apardığını, lakin hərbiçilərimiz heyvanların onlarda olmadığını da deyib. Amma ermənilər zəli kimi yapışıblar ki, yox, mal-qara Azərbaycan əsgərinin əlindədir.

JAMAZ.İNFO xəbər verir ki, may ayının 12-dən etibarən mal-qaranın yoxa çıxma məsələsinin gündəmə gəlməsinin sirrini isə erməni telekanalları özləri açıb. Belə ki, onlar ilk günlərdə həqiqətən də sərhədyanı ərazilərdə kəndlilərə məxsus mal-qarasının itməsi hallarının olduğunu deyiblər. Lakin sonradan bu biznesə çevrilib.

Yerli teleqram kanallarının yazdığına görə, Ermənistan hökuməti itən heyvanların müqabilində kompensasiya ödəyəcəyini açıqladıqdan sonra Azərbaycanla sərhəddə yaşayan ermənilər bundan pul qazanmaq qərarına gəliblər. Belə ki, onlar öz mal-qaralarını Qafan, Gorus, Geqarkunik və Vardanes rayonlarında sataraq, pula çevirdikdən sonra mal-qaralarının itdiyini, guya, Azərbaycan əsgərləri tərəfindən qənimət götürüldüyü barədə icma rəhbərliyinə müraciət edirlər. Bununla bağlı komissiya məsələni araşdırdıqdan sonra həmin ermənilərə ya diri heyvan, ya da onun müqabilində pul ödəyir.

Erməni teleqram kanallarının yaydığı məlumatlardan belə başa düşülür ki, bu proses yerli sakinlərlə icma rəhbərləri arasında qurulmuş biznesin yeni növüdür və üç aya yaxındır ki, davam edir. Yəni, icma rəhbərləri “itkini” rəsmiləşdirir, pulu alır və həmin kəndli ilə öz arasında bölüşür. Burada konkret faizin olduğu da deyilir. Bəzi icma rəhbərləri 10 faiz, bəziləri isə 20 fazi puldan özlərinə götürürlər.

Qeyd edək ki, belə bir hadisənin baş verməsi dolayısı ilə İrəvan hökumətinin marağında da ola bilər. Söhbət burada korrupsiyadan getmir. Məqsəd Azərbaycana qarşı kampaniyanın aparılmasına prosesdən istifadə edilməsidir. Lakin belə vəziyyətin uzun müddət və total şəkildə davam etməsi onun qarşısının alınmasına da gətirib çıxara bilər.

Təbii ki, burada bizi hansısa erməninin pul qazanması maraqlandırmır. Bizim üçün önəmli olan erməni həyasızlığı və bicliyidir ki, bundan Azərbaycan əsgərinə, habelə dövlətə qarşı istifadə olunur. Və bu bizim üçün təəccüblü və qəribə də deyil. Çünki biz yüz illərdir ermənilərin bu həyasızlıq və saxtakarlığına şahidlik edirik.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button