GündəmManşet

Ermənilər hər yerdə Azərbaycan Əsgəri görürlər: XOZNAVARDA SİQARET ƏHVƏLATI

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət stabil olaraq qalır. JAMAZ.İNFO xəbər verir ki, dövlət sərhədlərimizi bərpa edən Ordumuz artıq bir sıra istiqamətlərdə özlərinə müdafiə postları və sərhəd dayaq məntəqələri qurublar.

Qeyd edək ki, baş verənlərdən dolayı ermənilər ciddi şəkildə narahatdırlar. Onlar baş verənlərin böyük ərazilərin əllərindən çıxacağının əndişəsini yaşayırlar. Eyni zamanda, Azərbaycan Ordusunun bu qədər tez zamanda onların yaşadığı məntəqələrin yaxınlığında sərhədd quracağına inanmırdılar.

Bu əsnada, Sünik vilayətinin Laçın rayonu ilə sərhəddənidə maraqlı bir hadisə baş verib. JAMAZ.İNFO xəbər verir ki, ermənilər qorxudan artıq elə vəziyyətə gəliblər ki, öz əsgərləri ilə Azərbaycan Ordusunun hərbçilərini ayıra bilmirlər. Onlar hər yerdə Azərbaycan Əsgəri görürlər. Məsələ isə ötən gün Xoznavar kəndində baş verən hadisədir.

Kəndin icma rəhbəri Varo Qriqoryan deyir: “15 Azərbaycan əsgər kəndin 2.5 km-də yerləşən yüksəklikdə post qurublar. Biz qadın və uşaqları kənddən çıxarmışıq. Kənddə yalnız kişilər və hərbçilər qalıb”.

İcma rəhbəri daha sonra deyib: Bir neçə gün əvvəl kəndə gələn yük maşının Azərbaycan hərbçiləri saxlayıblar. Onlar ermənicə danışaraq, sürücüdən siqaret istəyiblər. Sürücü and-aman edir ki, ondan siqaret istəyənlər Azərbaycan əsgərləri olub. Lakin biz hamımız maşının saxlanıldığı yerə getdik, lakin orda nə Azərbaycan əsgərinə aid bir şey tapa bildik, nə də əsgər gördük”.

JAMAZ.İNFO xəbər verir ki, Sünik vilayətinin sabiq qubernatoru Vaqe Akopyan mətbuata açıqlamasında bölgədəki vəziyyətin Ermənistanın xeyrinə olmadığını deyib. O bildirib ki, Qara Göl ərazisində hazırda 1000-dən çox Azərbaycan hərbçisi yerləşib. “Son günlər əraziyə gətirilən Azərbaycan hərbçilərin sayı xeyli artıb. Gölün ətrafında 1000-dən çox Azərbaycab əsgəri var. Yaxınlıqda yerləşən dərədə isə Azərbaycan əsgərlərinin sayın daha çoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button