İqtisadiyyatManşet

Ermənilər Qarabağda Kaşen Mis-Molibden mədənlərini talamağa hazırlaşır   

Kəlbəcərin Çərkdar və Sərsəng-Suqovuşan ərazilərində yeni elektrik stansiyaları tikməyə hazırlaşan Qarabağdakı separatçılar, daha bir işə əl atıblar. Bu dəfə onlar Kaşen Mis-Molibden yataqlarındakı işləri genişləndirmək qərarı veriblər.

JAMAZ.İNFO xəbər verir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan deyib ki, hazırda “Beyz Metall” şirkətinin istismar etdiyi Kaşen Mis-Molibden mədəni 15-20 faiz gücü ilə işləyir. “Yaxın 3 ayda əlavə su anbarları və elektrik enerjisi istehsal edən SES-lər tikildikdən sonra mədənin hasilar gücü 80-90 faizə çatdırılacaq”.

Arayik həm də deyib ki, gələn il su və elektrik problemləri həll olandan sonra həmin mədəndən “Qarabağın büdcəsi”nə 20-25 milyard dram, təxminən, 50-55 milyon dollar pul daxil olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button