ManşetSiyasət

Ermənistan Azərbaycanı müharibəylə hədələdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin XİN başçıları Düşənbə şəhərində bir araya gəliblər. JAMAZ.İNFO xəbər verir ki, həmin iclasdan sonra açıqlama verən Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı açıqlama verib.

O deyib ki, mayın 12-dən etibarən yaşanan gərginliyi nazirlər səviyyəsində müzakirə ediblər. “Qeyd edim ki, dünən gecə qeyri-rəsmi şəkildə KTMT-nin XİN başçılarının iclasını keçirdik. Həmin yığıncaqda Eermənistan tərəfinin etdiyi məlum müraciəti müzakirə etdik. Həmçinin Bakı və İrəvan arasındakı münasibətləri də müzakirə edərək, prosesi diqqətdə saxlamağa qərar verdik”.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanı təhdid etməkdə davam edir. Belə ki, dünən gecə saatlarında düşmən ölkənin rəsmiləri bəyan ediblər ki, əgər Azərbaycan Ordusu Sünik, Geqarkun və Vardenis istiqamətlərində geri çəkilməsələr, onlar problemi digər vasitələrlə, o cümlədən güc yolu ilə həll edəcəklər. “Sərhəddə vəziyyət dəyişməz olaraq qalıb. Ümumi vəziyyət sabitdir. Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, sərhədd məsələsini beynəlxalq təşkilatların iştirakı ilə və dinc yolla həll etmək lazımdır. Əgər danışıqlar nəticə verməzsə, Azərbaycan Ordusu əvvəlki mövqelərinə çəkilməzsə, o zaman Ermənistan Müdafiə Nazirliyi məsələni digər vasitələrlə, o cümlədən güc yolu ilə həll edəcək”.

P.S. Ermənistan 44 günlük müharibədən sonra dağılmış ordusunu düzəltməyə çalışır və bu işdə Rusiyanın onlara verdiyi dəstəyi gizlətmir. Lakin ordusunun və hərbi texnikasının 85 faizini itirmiş bir ölkənin onu 6 aya bərpa etməsi mümkünsüzdür. Elə bu səbəbdən də Ermənistan Müdafiə Nazirliyinin verdiyi bəyanat daha çox daxilə hesablanmış açıqlamadır. Hətta buna cəhd etsələr belə özlərinin faciəsinə çevriləcək. Bunu rəsmi Bakı da bəyan edib ki, əgər hər hansı bir revanş cəhdi olarsa, düşmən məhv ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button