CəmiyyətManşet

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Bütün minalı ərazilərin xəritəsini verməyə hazırıq”  

Ermənistanın təhlüksəizlik katibi Armen Qriqoryan 15 erməni diversantın geri verilməsi və bu ölkənin sabiq xarici işlər naziri Ara Ayvazyanın niyə işdən çıxarılması barədə maraqlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, “Azadlıq” Radiosunun Ermənistan bürosuna verdiyi aşıqlamasında Qriqoryan Ayvazyanı Azərbaycanla danışıqlar prosesini pozmaqda ittiham edib.

O deyib ki, mayın 27-nə qədər aparılan bütün danışıqlar nəticəsiz qaldı. “Ayvazyan bizim partnyorlarımıza deyirdi ki, guya, Ermənistanın əlində hər hansı bir minalı ərazilərin xəritəsi mövcud deyil. Halbuki biz onu Azərbaycan tərəfinə verdik”.

Onun szölərinə görə, Ayvazyan təkcə yalan danışmırdı, həm də əsirlərin geri qaytarılması məsələsini əngəlləməyə çalışırdı. Qqriqoryan hesab edir ki, keçmiş nazirin təhlükəsizlik məsələlərini həll etmək niyyəti yox idi. Eyni zamanda, davamlı olaraq hakimiyyətə problem yaratmaqla məşğul olurdu. “Sizdə belə bir sual yaranmır ki, niyə problem uzun müddət həll olunmadı və Ayvazyan danışıqlardan kənarlaşdırlan kimi, məsələ həllini tapdı?”

Ermənistan Təhlükəsizilik Şurasının sədri Armen Qriqoryan jurnalistin “Hakimiyyət əsirlərin müqabilində yerdə qalan minalı ərazilərin xəritəsini verməyə davam edəcəkmi” sualına cavab olaraq deyib: “Ermənistan hökuməti istənilən konstruktiv addımlara analoji qaydada cavab verməyə hazırdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button