ManşetÖlkə içi

Ermənistanın 300, Qarabağdakı terrorçuların isə 220 itkini var

Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün Ermənistanın 44 günlük müharibədə itkinləri barədə rəqəmləri açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, BQXC bildirib ki, hazırda erməni tərəfinin 300 nəfərə yaxın itkini var.

İndiyə qədər Qarabağda aparılmış axtarışlar zamanı 1700 nəfərdən çox Ermənistan ordusunun hərbçisinin meyiti tapılaraq, ailələrinə təhvil verilib. Yerdə qalan 300 itkinin isə axtarışları davam edir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, 44 günlük müharibədə ümumi itkilərinin sayı 3809 nəfər təşkil edib. Bura Qarabağdakı separatçıların terrorçu dəstələrinin itkiləri daxil deyil. Xankəndidəki separatçılar isə itkilərinin sayını 2000 nəfərə yaxın göstərirlər. Bundan başqa, separatçılar da itkinlərinin sayının 220 nəfər olduğunu bildirirlər.  Lakin elə erməni mediası da bildirir ki, bu rəqəmlər real deyil. Onlar Ermənistan ordusunun son müharibədə itkilərinin sayının 7000 nəfərə yaxın olduğunu qeyd edirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button