CəmiyyətManşet

Gallup: “Ermənilərin 23,3 faizi müharibə, 23 faizi isə Azərbaycan əsgərlərinin əsir götürülməsinə tərəfdardır”

Dünyanın məşhur sorğu şirkətlərindən biri olan Gallup International Association mayın 31-dən iyunun 4-nə qədər Ermənistanda bir sıra məsələlər üzrə sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, iyunun 5-də açıqlanan sorğunun nəticələri arasında Azərbaycanla bağlı diqqəti çəkən məqamlar var.

Qeyd edək ki, həmin sorğunun nəticələrinə görə, ermənilərin 25.8 faizi hazırda Ermənistan üçün sərhədlərin müəyyən edilməsinin vaicib olduğunu bildiriblər. 20 faiz respondent əsirlərin qaytarılmasını, 18.2 faizi sülhün qorunub saxlanılmasını əsas məsələ sayıblar.

Həmin sorğunun nəticəsinə görə, ermənilərin 23.3 faizi Azərbaycan Ordusunun sərhəddən çıxarmaq üçün gücdən istifadənin lazım olduğunun lehinə səs verib. 23 faizi isə 6 erməni diversantın əsir götürülməsi müqabilində Azərbaycan əsgərlərinin əsir götürülməsinə tərəfdar olduğunu vurğulayıb. Sorğuda iştirak edənlərin 21.2 faizi beynəlxalq təşkilatlardan, 14 faizi Rusiyadan kömək istənilməsinin vacibliyini qeyd edib. Onların yalnız 6 faizi Azərbaycanla birbaşa danışıqların aparılmasını təklif edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button