GündəmManşet

Kəlbəcərdə düşmən təxribatının qarşısı alındı: Bir erməni əsgəri öldü

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında ermənilər dövlət sərhəddimizdə təxribata əl atıblar. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan silahlı qüvvələri Geqarkunik rayonunun Norabak kəndi istiqamətindən Kəlbəcərdəki mövqelərimizi atəşə tutub.

Hərbi mənbələrdən gələn xəbərə görə, düşmən postlarımızdan birini götürmək istəyib. Lakin Azərbaycan Ordusunun sayıqlığı sayəsində düşmən təxribatının qarşısı alınıb. Belə ki, ermənilərin atəş nöqtələri susdurulub və hücumun qarşısı alınıb.

Azərbaycan tərəfdən heç bir itki yoxdur. Saat 18:10-dan başlayan təxribat cəhdlərinin qarşısı 19:30-da tam alınıb.

JAMAZ.İNFO bildirir ki, Ermənistan Müdafiə Nazirliyi itkilərinin olduğunu açıqlayıb. Bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gün Norabak kəndi yaxınlığında baş verən hərbi toqquşmada Ermənistan ordusunun əsgəri, 2002-ci il təvəllüdlü Suren Safaryan öldürülüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button