Manşet

“Mərkəzi Şuşa olan Qarabağ regionda ciddi dəyişiklərə səbəb olacaq”   

“Uzun zaman sahibsiz qalsa da, Türk millətinin gələcəyində Türk Dünyasının vaz keçilməz bir yerə sahib olduğu son illərdə yenidən məsələ akltuallaşdı. Bu aktuallığın başlıca səbəbkarı Qarabağda əldə olunan qələbə önəmli yer tutur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri “Habertürk” qəzetinin yazarı Kürşad Zorlu yazıb.

Professor yazır ki, illər boyu Qarabağın sadəcə, Azərbaycanın deyil, Türk Dünyası baxımından bir qırlma meydana gətirəcəyinə inananlardandır. “Xoşbəxtik ki, bu gün iqtisadi, siyasi və mədəni əlaqələr baxımından ciddi imkanlar əldə edib. Doğru şəkildə idarəçilik olarsa, 90-cı illərin inkişaf potensialına yenidən çatmaq mümkündür. Lakin bu mübarizənin əsas qayəsində təhsil və mədəniyyət sahəsindəki fəaliyyətlər sürətli şəkildə davam etməlidir”.

Zorlu hesab edir ki, Şuşa şəhəri coğrafiyada bir başqa əhəmiyyətə malikdir. Onun sözlərinə görə, mərkəzi Şuşa olan Qarabağın yaxın gələcəkdə bütünləşdirici təsiri Azərbaycan-Türkiyə münasibətləri kənarında, Qafqazda və Xəzərin sahillərində ciddi təsirlərə səbəb olacaq”.

“Habertürk”ün yazarı qeyd edir ki, hazırda Qarabağ məsələsində bir başqa mübarizə start götürüb. O bildirir ki, birgə bəyanatda qeyd olunmasa da, mədən yataqlarının necə istismar ediləcəyi və illərdir qazanılan haqsız gəlirlərin hansı metodlarla müəyyən ediləcəyi ciddi məsələdir. “Bu hər şeydən öncə, Azərbaycan dövlətinin üstünlük məsələsidir”.

Kürşad Zorlu yazır ki, Dağlıq Qarabağda yaşayan ermənilərin illik ÜDM-nin 13-14 faizini mədənlərdən əldə edilən gəlirlər təşkil edib. “Bundan başqa, illərdir alınan vergilər də var. Mütəxəssislərin rəyinə görə, Xankəndidəki qruplaşma hər il 80 milyon dollar vergidən gələn gəlirlərini itirməli olacaqlar. Amma illərdir istismar olunan yataqlardan indiyə qədər milyardlarla dollar qazanc əldə edilib. Təsdiqlənmiş məlumatlara görə, hazırda Zəngilan və Qarabağdakı təkcə qızıl yataqlarının dəyəri 8 milyard dollar təşkil edir”.

Müəllif hesab edir ki, bu yataqların istismara verilməsindən sonra bölgədəki digət sektorlar da inkişaf etməyə başlayacaq. “Azərbaycan illərdir Qarabağda ona vurulan zərəri hesablamalı və tələb etməlidir. Bu zaman isə 3 əsas məqama diqqət yetirilməlidir. Birincisi, doğru və obyektiv zərərin müəyyən edilməsidir. İkincisi, şəffaf və təsirli bir diplomatiya yürütmək. Üçüncüsü isə beynəlxalq təşkilatlarda hüquqi işləri həyata keçirməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button