ManşetSiyasət

Mincivandan Qafana dəmir və avtomobil yolu çəkiləcək: Ermənilər xəritə yaydılar  – FOTO

Ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən Ermənistan Naxçıvanla nəqliyyat əlaqəsinin qurulması üçün Azərbaycana dəhliz verməlidir. “Zəngəzur Dəhlizi” kimi adlandırılan yolun iki hissədən olması nəzərəd tutulub. Onlardan biri dıəmir, digəri isə avtomçobil yolu olacaq.

JAMAZ.İNFO xəbər verir ki, bununla əlaqədar bir ildən çoxdur davam edən danışıqlar hələlik nəticə verməyib. Belə ki, Ermənistan tərəfi Naxçıvan üçün nəzərdə tutulan yolun dəhliz olmasıyla razılaşmadığını bəyan edir. Onlar bildirirlər ki, bu adi yol Ermənistanın nəzarətində olmalıdır. Bakı isə bu şərti qəbul etmir. Elə bu səbəbdəndir ki, Moskvada keçirilən üçtərəfli İşçi Qrupunun iclaslarında fasilələr yaranıb.

Bu gün isə Ermənistan medası maraqlı bir xəritə paylaşıb. “Armenian Report” saytı yazır ki, İrəvanın nə deməsindən asılı olmayaraq, Azərbaycanla məsələ həll olunub. Sayt bildirir ki, Horadizdən Mincivana, oradan da Mehri üzərindən Naxçıvana yol açılacaq və bu dəhliz statusunda olacaq. Hökumətdəki mənbələrə istinadən yaydığı xəbərində “Armenian Report” iddia edir ki, razılaşmaya əsasən Zəngilan rayonunun Mincivan qəsəbəsindən Qafan şəhərinə həm dəmir, həm də avtomobil yolu çəkilərək. Burada məqsəd Ermənistana yol açmaq, yüklərin əsas yola çıxarılması prosesini təmin etməkdir.

Qeyd edək ki, rəsmi Bakı bu proseslə bağlı hər hansı bir dolğun məlumat vermir. Rəsmi qurumlar demək olar ki, prosesin necə gedəcəyi, hadisələrin hansı məcrada inkişaf etdiyi, habelə yol tikintisi ilə bağlı informasiya verməkdə xəsislik edirlər. Ona görə də, vaxtaşırı müxtəlif səpkili məlumatlar gündəmə gəlir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button