AraşdırmaManşet

Ordumuz Ermənistanla daha bir sərhəddimizi bərpa etdi: HORAYİK KƏNDİNİN YAXINLIĞINDA POST QURULDU  

Azərbaycan Ordusu dünən axşam saatlarında Ermənistanla sərhəddlərimizin daha bir hissəsini bərpa edib. JAMAZ.İNFO xəbər verir ki, Ordumuz Sünik vilayətinin Hhorayik kəndi yaxınlığında post qurublar.

Qeyd edək ki, məlumatı erməni tərəfi təsdiqləyib. Belə ki, Sünikin sabiq qubernatoru, “Dirçələn Ermənistan” Partiyasının sədri Vaqe Akopyan bildirib ki, Azərbaycan Ordusu Sünik vilayəti ətrafında müşahidə və mövqe imkanlarını genişləndirib. Onun sözlərinə görə, əsgərlərimiz iki gün əvvəl Horayik kəndi yaxınlığında mövqe tutaraq, orada sərhədd postu qurublar. “Vəziyyət stabil-gərgin olaraq qalır. Əgər belə davam edərsə, qorxuram ki, Sünik əhalisi düşmən ordusunun işğala başladığını düşünəcək və adekvat cavab verəcək”.

Akopyan deyib ki, Ermənistan hakimiyyəti, xüsusən də Müdafiə Nazirliyi hər gün bölgədəki mövqelərini itirir. “Danışıqlar dalana dirənib. Problemi həll etmək imkanı əldən verilib. Hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyi nə edəcəklərini bilmir. Mən təsdiq edirəm ki, hazırda Sünik vilayətində 1000-dən çox Azərbaycan hərbçisi var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button