ManşetÖlkə içi

Qarakənddə ermənilər qorxuya düşüb: Ordumuz kəndin 100 metrliyində post qurub

Xocavənd rayonunun Qarakənd kəndində yaşayan ermənilər qorxuya düşüblər. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl Azərbaycan Ordusunun kəndin 100 metrliyində post qurmasıdır.

Qeyd edək ki, sözügedən kənd 1990-cı ilin 20 noyabrında baş vermiş və dövlət xadimlərimizə qarşı terrorla nəticələnən vertalyot faciəsinin baş verdiyi yaşayış məntəqəsidir.

Hazırda Qarabağda yaşayan ermənilər kəndin adını dəyişərək onu Berdaşen adlandırırlar. Həmin kəndin sakini Kamo Ağacanyan bildirib ki, onun evi və bağlı Azərbaycan Ordusunun yeni qurduğu postun yaxınlığındadır. “Yəni mən birinci sıradayam, təhlükəli əraziyə ən yaxınam. Ona görə də bağımın məhsulunu yarımçıq yığmışam. Bağın becərilməsinə başlamalıyıq, amma bağın Azərbaycan Ordusuna çox yaxın olan hissəsi nə əkilib, nə də becərilib. Heç bir traktorçu risk etmir ki, o bağlara girsin. Hamısı canlarından qorxurlar. Sülhməramlılara müraciət etdik, bizə dedilər ki, xüsusi sülhməramlılar briqadası var, onlara müraciət etməliyik ki, gəlib dayansınlar. İndi vəziyyət belədir ki, Azərbaycan əsgəri bizim hər addımımızı görür”.

Ağacanyan deyir ki, rus sülhməramlıları dəfələrlə onlara xəbərdarlıq edib ki, baş verənlərə görə məsuliyyəti üzərlərinə götürmək istəmirlər. “Bizə deyirlər ki, bağınızdan da, kəndinizdən də əl çəkin. Ruslar təhlükəsizliyimizə cavab vermirlər. Xankəndidən bir nəfər belə bura gəlməyib. İndi necə olacaq və biz nə edəcəyik? Hamı oturub gözləyir ki, türk əsgəri gəlib, camaatı kənddən qovacaq. O zaman ruslar da bizə kömək etməyəcəklər”.

Qarakənddə yaşay erməni bildirir ki, Azərbaycan Ordusu hazırda Qaragöldə və digər ərazilərdə mövqe tutublar. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan Azərbaycan əsgərinə heç nə deyə bilmir. “Belə davam edərsə, Azərbaycan əsgəri yayda Şanda çimməyə gələcək. Qoy, bizim Nikol Şanın sahilində Əliyevin əlindən öpməyə hazır olsun. Deyirlər ki, ordu yaradırıq. Hə, nə olsun? Sabah türklər gəlib bir aya həmin ordunu darmadağın edəcəklər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button