AraşdırmaManşet

Səfər Mehdiyevin bacısı oğluyla bağlı araşdırma başladı – 800 min manatlıq yeyinti iddiası  

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev barədə araşdırma başlayıb. JAMAZ.İNFO-ya etibarlı mənbələrdən daxil olan məlumata görə, sözügedən şəxs Bakı Baş Gömrük İdarəsinin Audit və Təhlil İdarəsinin baş inspektoru vəzifəsində çalışırmış.

Məlumata görə, komitə sədrinin bacısı oğlu barədə araşdırmalara start verilməsinin səbəbi onun gömrük əməliyyatları zamanı bəzi işləri ört-basdır etməsi, broker firması açaraq, sahibkarlara “güzəştli” xidmət göstərməsi, habelə çalışdığı idarədə 800 min manatlıq yeyinti faktının üzə çıxması olub.

JAMAZ.İNFO-ya məlumat verən mənbə qeyd edir ki, Fərman Əliyevlə bağlı araşdırmalar başladıqdan sonra dayısı, komitə sədri Səfər Mehdiyev təcili məsələni həll etmək istəyib. Bununla bağlı, onun bir çox şəxslərlə təmas qurduğu və xahiş etdiyi deyilir. Lakin bütün cəhdlərinə rəğmən, ona hər hansı bir köməklik göstərilməyəcəyi cavabını alıb.

Qaynaq bildirir ki, hadisələrin xoş olmayan məcraya yönəldiyini və bacısı oğlunun həbs oluna biləcəyini düşünən Səfər Mehdiyev onun yerini təcili dəyişdirib. Məlumata görə, Fərman Əliyev bir neçə müddət əvvəl daxili əmrlə Bakı Baş Gömrük İdarəsinin Audit və Təhlil İdarəsinin baş inspektoru vəzifəsindən çıxarılaraq, Dövlət Gömrük Komitəsinin Maliyyə İdarəsinə baş inspektor təyinatı alıb. Lakin bu yerdəyişmənin prosesə hər hansı bir təsiri olub, olmayacağı məlum deyil.

Məsələ ilə bağlı sözügedən şəxslərin mövqeyini öyrənə bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button