ManşetÖlkə içi

Separatçılar arasında parçalanma: Arayiklə Balasanyan arasında toqquşma pik həddə

Qarabağda son baş verənlərdən sonra ara qarışıb. JAMAZ.İNFO xəbər verir ki, qondarma rejimin rəhbəri Arayik Harutyunyan davamlı olaraq “təhlükəsizlik şurası”nın iclaslarını keçirir, vəziyyətlərinin ağır olduğunu bildirir.

Bildirək ki, qondarma “təhlükəsizlik şurası”nda isə narazılıq yaranıb. Artıq üzvlər Arayikin deyil, öz talelərini düşünməyə başlayıblar. Hətta bir çoxunun ailəsini Qarabağdan çıxarması barədə də məlumat var. Düzdür, Arayik bu məsələni araşdırmaqla bağlı tapşırıq vermişdi, hətta cavab olaraq bildirmişdi ki, “heç kim heç yerə getməyib”. Lakin bunun özü blefdən başqa bir şey deyil.

Qarabağda özünü “parlamentin spikeri” kimi təqdim edən Artur Tovmasyan isə bu gün verdiyi açıqlamasında nəinki pessimist danışıb, hətta “təhlükəsizlik şurası”nda narazılığın yarandığı, ikitirəliyin formalaşdığını etiraf edib. Məsələn, o deyib ki, indiki şəraitdə təkcə Arayik Hharutyunyan deyil, “tş”nin digər üzvləri də məsuliyyət daşıyırlar. “Bizim hamımızın vəziyyəti düzgün təhlil etmək imkanımız var. “Təhlükəsizlik Şurasında” razılaşmayan insanlar varsa, biz onlara bir söz demirik. Əgər kimsə verilən qərarlarla razılaşmırsa, “TŞ”-dən çıxa bilərlər”.

Tovmasyan hazırkı durumlarını da işlətdiyi ifadələrlə aydınladıb. “Ümumiyyətlə, sülhməramlıların missiyası yeni müharibələrin yaranmasının qarşısını almaq üçün döyüşən tərəflər arasında xoş niyyət nümayiş etdirməkdir. Amma dünya sürətlə dəyişir, köhnə dünya nizamı sarsılır. Gözümüzün qabağında yeni dünya düzəni formalaşır. Əgər düzgün kombinasiyalar etməsək, biz köhnə dünya düzəninin xarabalıqları altında qalacağıq”.

Qeyd edək ki, Qqarabağd günlük müharibədən sonra separatçılar arasında münaqişənin yarandığını özləri də etiraf edirdilər. Belə ki, Xankəndi uğurunda gedən savaşda Vitali Balasanyan Araik Harutyunyanı kənarlaşdırmağa çalışır. Onun ruslardan dəstək aldığı da iddia edilir. Daha doğrusu, ruslar Qarabağın gələcəyini ona “etibar etmək” istəyirlər. Lakin bu prosesdə çoxlu sayda tərəfin olması səbəbindən ixtilafların yaranması gözlənilən idi.

Tovmasyanın “kim razı deyilsə, çıxıb gedə bilər” deməsi isə onun təkbaşına sözü deyil. Harutyunyanın ən yaxın adamı olan “spiker” şübhəsiz bunu Balasanyana məhz Arayikin dilindən çatdırıb.

Erməni mediası yazır ki, hazırda Balasanyanla Harutyunyan arasında münasibətlər olduqca pisdir. Hətta bu günlərdə Xankəndidə qaz məsələsi ortaya çıxanda, Arayik və adamları xəbər yaymışdılar ki, guya, problemin həlli üçün danışıqların aparılması səlahiyyəti Vitali Balasanyana verilib. Məqsəd problem həll olunmayacağı təqdirdə, bütün günahları onun üzərinə yıxmaq idi. Lakin Balasanyan cəld tərpənərək, açıqlama yaydı və onun danışıqlar aparmaq üçün səlahiyyətinin olmadığını bildirdi.

İndi isə Xankəndidə ara qarışıb. Azərbaycan Ordusunun son addımlarından sonra gərginləşən durum, separatçılar arasında parçalanmaya gətirib çıxarıb. Oonlar keçirilən toplantılarında bir birlərini ittiham etməkdən çəkinmirlər. Elə bu səbəbdəndəndir ki, Arayik Vitalikə “çıx get” mesajını göndərir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button