CəmiyyətManşet

Süniklə sərhəddə qarşıdurma olub: Hərbçilərimiz erməni əsgərləri “başa salıblar”

Xəbər verildiyi kimi, Azərbaycan-Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, bu gün günorta saatlarında Geqarkun rayonunun Yuxarı Şorca kəndi istiqamətində ermənilər mövqelərimizi atəşə tutublar.

Erməni tərəfinin iddiasına görə, atışma nəticəsində bir əsgər yaralanıb. Onlar həmçinin iddia ediblər ki, guya, atışma zamanı Azərbaycan Ordusunun iki əsgəri də yaralanıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, biz tərəfdən hər hansı bir atışma olmayıb və yaralılarımız da yoxdur.

Amma bu gün daha bir xəbər də Sünik vilayətinin Tex kəndindən gəlib. Həmin məlumata görə, Tex kəndi yaxınlığında yerləşən sərhəddə də qarşıdurma olub. Araya rus sülhməramlıları girdikdən sonra ortalığı sakitləşdirmək mümkün olub. Belə ki, həmin kəndin sakini olan 13 yaşlı uşaq heyvanlarını otarmaq üçün sərhəddə gətirib. Daha sonra isə o heyvanları Azərbaycan sərhəddindən keçirməyə cəhd göstərib. Bu zaman hərbçilərimiz xəbərdarlıq edib və uşağı başa salıblar ki, bunu etmək olmaz. Məsələdən xəbər tutan kəndin icma nümayəndəsi Nerses Şşaduns başına dəstə yığaraq, sərhəddə gedib və iddia edib ki, həmin uşağın heyvanları Azərbaycan əsgərləri tərəfindən qənimət olaraq götürülüb. Əraziyə həmçinin Ermənistan ordusunun bir qrup hərbçiləri də gəliblər. Bu zaman qarşıdurmanın yarandığı deyilir. Böyük ehtimalla əsgərlərimizdən əvvəkli kimi sillə, qapaz və təpik yeyən erməni hərbçiləri qaçmağa başlayıblar və bölgədəki rus sülhməramlılarına müraciət ediblər. Ruslar əraziyə gələrək, danışıqlar aparıblar və məlum olub ki, hər hansı bir inək oğurluğu və ya qənimət götürülməməsi halı baş verməyib.

Bu əsnada, nə hikmətdirsə, həmişə şər-şəbədə danışan icma rəhbəri Şaduns deyib ki, Azərbaycan hərbçiləri Tex kəndindən olan 13 yaşlı uşağı qorxutmayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button