AraşdırmaManşet

Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyə nələri razılaşdırıb? – DETALLAR

Türkiyə ilə Azərbaycan arasında “iki dövlət, tək millət” ruhuna dayanan qardaşlıq, hərbi sahədə yeni bir səviyyəyə daşınır. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlərin müəllifi Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında əlaqələri müttəfiqlik səviyyəsinə daşımaqla yanaşı, həm də Türkiyə və Azərbaycan Təhlükəsizlik Şuralarının birgə şəkildə keçirimələrinə imkan verəcək. Onun sözlərinə görə, davamlı olaraq Təhlükəsizlik Şuralarının iclaslarında ixtilaflar, regional və qlobal təhlükəsiliklə bağlı məsələlər birgə müzakirə olunacaq və problemlərin aradan qaldırılması üçün addımlar atılacaq.

Kıran daha sonra Türkiyə parlamentində ratifikasiya edilən Şuşa Bəyənnaməsinin detalları barədə digər məlumatlar da verib. O qeyd edib ki, Qarabağın işğaldan azad edilməsindən sonra formalaşmış yeni reallıqlar bölgəyə yeni fürsətlər gətirib. “Can Azərbaycanla “Tək millət, iki dövlət” prinsiplərinə dayanaraq, birgə mədəni, dil və tariximizdən güc alan qardaşlığımız bir çox ölkələr üçün örnək olur. Azərbaycan bizim təkcə qardaşımız deyil, eyni zamanda bir çox sahələrdə ən yaxın ortağımız və müttəfiqimizdir”.

Türkiyə XİN başçısının müavini Qarabağın işğaldan azad edilməsində nümunəvi dəstək sərgiləmələri və türk əsgərinin hazırda Ağdamda Birgə Mərkəzdə təhlükəsizliyin təmin edilməsi üçün vəzifə başında olduğunu bildirib. “Təsdiq edilən Şuşa Bəyənnaməsi ilə biz çoxşaxəli əlaqələri güclü bir çərçivəyə yerləşdirmiş olduq. Şuşa Bəyənnaməsi 2010-cu ildə “Strateji Müttəfiqlik və Qarşılıqlı Yardım” haqqında müqaviləyə əsalanır. Məqsəd Azərbaycanla əməkdaşlığı gücləndirmək, regional təhlükəsizlik, rifah və asayişin təmin olunmasına yardımçı olmaqdır”.

Yavuz Selim Kıran vurğulayıb ki, Şuşa Bəyənnaməsindən sonra müttəfiqlik əlaqələrinin qurulması üçün siyasi və hüquqi mexanizmlər hazırlanacaq. “Bu çərçivədə müstəqilliyimizə, ərazi bütövlüyümüzə və təhlükəsizliyimizə hər hansı təhdid yaranarsa, BMT-nin şərtləri daxilində lazım olan bütün yardımları və silahlı qüvvələrin koordinasiyasını həyata keçirilməsinə dair öhdəlik götürəcəyik”.

Bundan başqa, Azərbaycan və Türkiyə Təhlükəsizlik Şuralarının birgə iclaslarını da keçirəcəklər. “Mübahisələr, regional və qlobal təhlükəsizliklə bağlı məsələlərin həllində birgə cəhdlər göstərilməsi barədə də razılıq əldə olunub. Belə ki, bundan sonra Azərbaycan və Türkiyə Təhlükəsilik Şuralarının birgə iclaslarının keçirilməsi nəzərdə tutulub. Burada əsas məqsəd Milli Güvənlik Kurumu ilə Azərbaycan Təhlükəsizlik Şurası arasında əməkdaşlıqdır. Lakin bu əməkdaşlığın necə olacağı, hansı şəkildə təşkil ediləcəyi hadisələrin gedişatına uyğun müəyyənləşdiriləcək”.

Kıran bildirib ki, Şuşa Bəyənnaməsinə əsalanaraq, Azərbaycanla ordu quruculuğunu da birgə təşkil etmək barədə razılıq əldə edilib. “Ordunun yenində formalaşdırılması və moderinləşdirilməsi sahəsində də birgə addımlar atacağıq. Paralel olaraq, müdafiə sənayesi qurumları arasında əməkdaşlığı, texnologiya alış-verişi və birgə layihələr həyata keçirməyi qərarlaşdırmışıq”.

Nazir müavini daha sonra qeyd edib ki, hərbi öhdəliklərdən ən önəmli qollarından biri də ərazilərin minalardan təmizlənməsidir. “İndiy qədər etdiyimiz əməkdaşlıq sayəsində Qarabağda 132 kvadrat kilometr ərazi minalardan təmizlənib. Bu istiqamətdə də dəstəyimiz davam edəcək”.

Yavuz Kıran Azərbaycanla Türkiyə arasında kibercinayətkarlıq, iqtisadi, rabitə və nəqliyyat, terrorla mübarizə, Türk Dünyası və birgə universitetin yaradılması məsələlərində də razılaşmanın əldə olunduğunu deyib. O bildirib ki, kibercinayətklarlıq sahəsində birgə elmi araşdırmalar və mütəxəssislərin hazırlanmasını hədəfləyirlər. İqtisadi sahədə isə bütün hədəflər ticarət, nəqliyyat və enerji sahələri ilə yanaşı, iqtisadiyyatın bütün sahələrinin dəstəklənməsini əhatə edəcək. “İxracın çeşidləndirilməsi, birgə istehsal sahələrinin yaradılması və daha əlverişli invesitisiya mühitinin inkişaf etdirilməsi məqsədi ilə lazım olan addımları atacağıq. Həmçinin ağıllı texnologiyadan istifadə edərək, nəqliyyat potensialını artıracağıq. Zəngəzur Dəhlizinin açılması ilə yanaşı, Naxçıvan-Qars dərmiyolunun reallaşmasında da təşəbbüsü ələ alacağıq”.

Türkiyə XİN başçısının müavini onu da vurğulayıb ki, Bakı və Ankara terrorla birgə mübarizə aparmağı da qarşısına hədəf qoyub. “Terror, insan alveri və qanunsuz miqrasiya, mütəşəkkil cinayətkarlıqla və kütləvi qırğın silahları ilə mübarizə sahəsində də birgə hərəkət edəcəyik. Türk Dünyası ilə bağlı fəaliyyətlərin davam etməsi, türk mədəniyyəti və mirasının qorunması və tanınması sahələrində də işlərimizi gücləndirəcəyik”.

Bu əsnada, Yavuz Selim Kıran Bakıda Türkiyə-Azərbaycan  Birgə Universitetinin yaradılması barədə də danışıqlar getdiyini vurğulayıb. “Bakıda Azərbaycan-Türkiyə Birgə Universitetin yaradılması ilə bağlı təkliflərimizi 10 yanvarda Azərbaycan tərəfinə təqdim etmişik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button