DünyaManşet

Ukrayna ordusu Qarabağdakı döyüş taktikasına keçdi: “Bayraktar”, müəmmalı REB və panika…

Ukrayna ordusu Donbas və Luqanskda separatçılara qarşı yeni taktikadan istifadə etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bölgədə istifadə olunan bəzi texnikalar həm separatçılar, həm də ruslarda təəccüb yaradıb. Çünki onların iş mexanizmləri hər iki tərəfi qorxuya salıb.

Müəmmalı Radio Elektron sistem: Separatçılar “kar” olublar  

Donbasdakı separatçıların yaydığı məlumata görə, dünəndən etibarən Ukrayna ordusu bölgəyə yeni Radio Elektron Sistemlər yerləşdiriblər. Bununla da bölgədəki bütün radiodalğalı, habelə elektron cihazların işləkliyi sıfra enib. Bir sözlər separatçılar “kar” edilib. Onlar öz aralarında danışdıqları xüsusi avadanlıqlar belə işləmir.

Rus mediası isə yazır ki, Ukrayna ordusu Donbasa Qarabağda istifadə edilmiş döyüş taktikasından və seenaridən yararlanmağa başlayıb. Onların yazdıqlarına görə, ilk mərhələdə lokal əməliyyatlar, ardından isə radio elektron sistermlərin işə salınmasıdır. “Artıq Donbasın qərbində yerli qüvvələr həm “kar”, həm də “kor” vəziyyətindədirlər. Təkcə hərbi deyil, mülki radioelektron vasitələr də sıradan çıxarılıb. Ukrayna bununla ilk olaraq, donbaslıların Havadan Müdafiə Sistemlərini oyundan kənarlaşdılrmaq fikrindədirlər. Bundan sonra isə Ukrayna hərbçiləri dronları və aviasiyanı qaldıracaqlar. Bu isə Donbasın sonu deməkdir”.

Rusları narahat edən əsas məqam Ukraynanın hazırda hansı REB sistemindən istifadə etməsidir. Hərbi ekspertlər belə əllərində olan məlumatlara əsasən konkret fikir deyə bilmilər. “Ukrayna ordusunun əlində indiyə qədər bizə tanış olmayan yeni bir REB sistemi var. Onun işləmə mexanizmi, təsir gücü nə qədərdir, məlum deyil”.

İstər separatçılar, istərsə də ruslar iddia edirlər ki, Ukrayna ordusunun əlindəki yeni REB ABŞ-dan gətirlib və onların sayı ikidir. Onun təsir dairəsi isə 40 km hesab olunur. Yəni, həmin sistem 40 km radiusda bütün radio və elektron sistemlərin hamısını işləmək gücündən salır. “Eyni taktikadan, Azərbaycan da Qarabağda istifadə etmişdi. Həmin vaxt Azərbaycanın əlindəki yeni REB sistemləri ermənilərin Havadan Müdafiə Sistemlərini həm əsas hədəfdən yayındırmağı bacarırıdı, həm də onların işləməsinə mane olurdu. Ən azı bu sistem vasitəsi ilə raketlərin işə düşmə müddətini önləyə bilirdilər. Görünür, Ukrayna da Azərbaycanın bu taktikasından yararlanmaq qərarına gəlib”.

Donbas və Luqanskda panika başladı: əhali qaçır

Donetski şəhərində yaşayan və Donbasın məşhur bloggerlərindən olan Andrey Lısenko məlumat yayıb ki, bu gün səhər saatlarında Ukrayna ordusu Stıl və Yasneqo qəsəbələrinə hücuma keçib. O telefonla danışdığı qəsəbə sakinlərinin artıq evlərini tərk etdikllərini bildirib. “Telefonla danışanda güllə səsələri eşçidirdim. İnsanlar panika içindədir. Hamı qaçmağa başlayıb. Donbas müdafiə qüvvələri də aciz durumdadır. Onlar da geri çəkilməli olacaqlarını deyirlər”.

Sonradan isə məlum olub ki, camaatın qorxusu heç də Ukrayna ordusunun gəlişi deyil. Əksinə, onları narahat edən məqam Donbasdakı separatçıların bütün hərbi texnika və artilleriya qurğularını məhz sözügedən qəsəbələrin içində yerləşdirmələridir. Belə ki, toplar və tanklar, habelə ağır texnikalar qəsəbədəki evlərin həyətində yerləşdirilib ki, bu da mülki əhalinin açıq hədəf edilməsidir.

Andrey Lısenko bildirir ki, insanların qorxduğu şey “Bayraktar”dır. “Onlar hesab edirlər ki, Ukrayna ordusu “Baytraktar”ı qaldıracaq ki, həmin texnikaları vursun. Nəticədə, atılan raketlər onların evlərinə, həyətlərinə düşəcək. Ona görə də, panika içində qəsəbələri tərk edirlər”.

Rusiyadaq nəşr olunan “Vzqlyad” qəzeti isə yazır ki, hazırda Donbasda hər şey bir himə bənddir. “Ümumilikdə, Donbasdakı hərbi qüvvələr arasında panika yaşanır. Buna səbəb Ukrayna ordusunun “Bayraktar”dan istifadə etməsidir.ı İstər DXR, istər LXDR-dəki qüvvələr etiraf edirlər ki, onların əlində bu dronları vura biləcək silah yoxdur. Əgər Ukrayna PUA-lardan kütləvi şəkildə istifadə edərsə, o zaman təkcə orduda deyil, əhali arasında da panika pik həddə çatacaq. Necə ki, Azərbaycan Ordusu eyni taktikadan Qarabağda istifadə eləmişdi”.

Separatçılar Rusiyanı ittiham edirlər

Donbas və Luqanskdakı separatçılar Rusiyanı ittiham etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Donetskdəki silahlı dəstələrin rəhbərləri Moskvanın onlara lazımi hərbi yardım etmədiyini bildirirlər.

Belə ki, Luqansk və Donbas rəhbərliyi hesab edir ki, Rusiya tez bir zamanda prosesə müdaxilə etməlidir. “Ukrayna ordusu hər gün hücumlarını artırır. Artıq bir neşə rayon, o cümlədən Staromarevski qəsəbəsi onların əlinə keçib. Həmin qəsəbədə 37 Rusiya vətəndaşı yaşarıdı. Onların aqibətindən xəbərimiz yoxdur. Rusiya tez bir zamanda müdaxilə etməlidir”.

Luqanskdakı milis dəstələrinin rəhbərlərindən biri olan Andrey Maroçko qeyd edib ki, Rusiyanın hazırkı davranışı başadüşlən deyil. Onbun sözlərinə görə, Moskva tez bir zamanda hərbi yardım etməsə, həm Donbas, həm də Luqansk olmayacaq. “Rusiya bu davranışları ilə hər iki “respublika”dakı əhalinin inamını itirir. Hamımız yaxşı bilirik ki, istər Donbas, istərsə də Luqansk “respublikaları” təkbaşına Ukrayna ordusuna qarşı döyüşə bilməz. Moskva bizə hərbi yardım etməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button