ManşetÖlkə içi

Xankəndidə qaz və işıqdan sonra su və çörək problemi də yaranıb

Qarabağda elektrik və təbii qazdan sonra, bu gündən etibarən su problemi də yaşanır. JAMAZ.İNFO xəbər verir ki, bu gündən etibarən Xankəndidə yaşayan ermənilərə suyun verilməsi qrafiki dəyişdirilib.

Xankəndidəki separatçılar bildirir ki, gün ərzində verilən elektrik enerjisi əhalinin istiliklə təmin olunmasına bəs edir. Ona görə də, su nasoslarının daimi işləməsi üçün yetərli qədər elektrik enerjisi qalmır. “Bu səbəbdən də əhaliyə su verilməsi gündə bir dəfəyə keçirilib”.

JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən Xankəndi və ətrafında çörək problemi də yaranmağa başlayıb. Separatçıların nümayəndələri bildirib ki, təbii qazın olmaması səbəbindən Xankəndidə çörək sexlərinin bir neçəsi fəaliyyətini dayandırıb. Elektriklə işləyən çörək sexlərinə isə vaxt məhdudiyyəti qoyulub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button