GündəmManşet

“Zaman” qəzeti: “Azərbaycan Ordusu Noravank (Anabat) kəndinin yaxınlığında post qurub”

Ermənistan 16 noyabrda sərhəddə törətdiyi təxribatın bədələni ödəyir. JAMAZ.İNFO xəbər verir ki, bu təkcə canlı qüvvə və ya hərbi texnika itkisi deyil. Həm də ciddi mövqelərin əlindən çıxmasıdır.

Qeyd edək ki, erməni tərəfi sərhəddə törətdiyi təxribat nəticəsində bu günə qədər adları məlum olan 6 əsgərini itirib. 40-a yaxın əsir var. Bir də 24 nəfər itkin də bura əlavə olunur. Amma məsələ təkcə bununla bitmir. Buraya bir də strateji əhəmiyyətli yüksəklik və yolları da əlavə etsək, İrəvanın durumunu təxmin etmək mümkündür.

İndiyə qədər nə Ermənistan, nə də Azərbycan tərəfi son sərhədd döyüşlərindən sonra hansı mövqeləri itirdiklərini və ya qazandıqlarını açıqlamayıblar. Əldə olunan məlumatlar isə erməni mediasına danışan sərhədyanı kəndlərin sakinlərinin dediklərindən, bir də hərbi ekspertlərin söylədiklərindən ibarətdir.

Dünən məlum olub ki, ermənilər 16 noyabr təxribatından sonra Sünikin Noravank kəndinə qədər geri çəkiliblər. Bunu həmin kəndin sakinləri “Zaman” qəzetinə deyiblər. Bildiriblər ki, Azərbaycan Ordusu kəndin çox yaxınlığında qərarlaşıb və əsas yollardan birinə nəzarəti tam ələ keçirib.

Noravank erməniləri deyirlər ki, hələ 32 il bundan əvvəl onlar azərbaycanlıları bu ərazilərdən qovmuşdular. İndi isə Azərbaycan Ordusu onlar üçün həyati əhəmiyyəıt kəsb edən yolun üzərində post qurub. “Azərbaycanlılar 32 il əvvəl buralardan qaçmışdı. İndi isə həmin yola nəzarət edirlər. Belə davam edərsə, tezliklə Noravan da onların olacaq”.

Sözügedən kəndin sakinləri Ermənistan hökumətinə müraciət edərək, ondan silah istəyiblər. “Biz öz kəndimizi qorumaq üçün silah istəyirik. Və bunu acizanə şəkilkdə sizdən xashiş edirik. Azərbaycan Ordusu kəndin bir addımlığındadır. Orduya biz də dəstək vermyə hazırıq”.

Qeyd edək ki, Noravank kəndinin əsil adı Anabatdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button