Ölkə içi

Arayik Harutyunyan yeni “hökumət” qurur

Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan özünə yeni “hökumət” qurur. JAMAZ.İNFO xəbər verir ki, terrorçuların rəhbəri bu gün bir sıra “təyinat”lar da edib.

Belə ki, o, Armen Tovmasyanın başqa işə keçməsi ilə əlaqədar qondarma rejimin “iqtisadiyyat və kənd təsərrüfatı naziri” vəzifəsindən azad edib. Onun yerinə isə Norayr Musayelyanı gətirib.

Arayik həmçinin Əsgəranın “meri” olan Armen Qəhrəmanyanı işdən çıxarıb və ardından onu “maddi dəyərlər üzrə komitəsinin sədri” qoyub. Eyni zamanda, Hamlet Apresyanı “su və meliorasiya komitəsinin sədr müavini” postundan alaraq, Əsgəran rayon “icra hakimiyyətinin” başçısı təyin edilib.

P.S. Qeyd edək ki, Azərbaycan tərəfi hazırda Qarabağda baş verən prosesləri sakitcə izləməklə məşğuldur. Azərbaycan ərazisində mənzillənmiş bir ovuc separatçı və terrorçunun bu addımlarına hələ ki, reaksiya vermir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button