Ölkə içi

AXCP nə zaman mitinq qərarı verəcək?

“Xalq Cəbhəsi mitinq etməlidirmi? Son günlər AXCP – yə yönəlik mitinq tələbi, çağırışları tez- tez səslənməkdədir. Bu çağırışların motivləri müxtəlifdir. Bəziləri hesab edir ki, AXCP onların nəzərində əsas müxalifət partiyası statusunu yeniləmək üçün mütləq mitinq etməlidir, bəziləri də hansısa problemə görə partiyanın belə bir öhdəliyi olduğunu güman edərək bunu tələb şəklində səsləndirir”. JAMAZ.İNFO xəbər verir ki, bunu AXCP funksioneri Ffuad Qəhrəmanlı son günlər mitinqlərlə bağlı verilən sualları cavablandırarakən deyib.

O bildirib ki, uzun illərdir Azərbaycan siyasətində hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarının əsas təşkilatçısı qismində məhz AXCP çıxış edir. Qəhrəmanlının sözlərinə görə, təkcə, pandemiyaya qədərki 2011-2019 cü illər ərzində AXCP – nin mitinqlə bağlı 20 qərarı olub. “Aydındır ki, mövcud rejimə qarşı etiraz mitinqlərinə  qərar verilməsi təkcə, kimlərinsə istəyinə  bağlı məsələ olmayıb, həm də bu cür kütləvi aksiyaları keçirəcək resursların olmasını tələb edir. Bundan ötrü isə ilk növbədə cəmiyyətin  mitinq çağıran qüvvəyə, onun liderinə etimad göstərib dəstək verməsi, ilkin sosial  səfərbərlik və toplanmanı  təmin edəcək təşkilati potensialın olması, sosial şəbəkələrdə  və cəmiyyətlə birbaşa ünsiyyətdə təbliğat işlərinin görəcək resurslar tələb olunur”.

Qəhrəmanlı hesab edir ki, hər bir mitinq qərarı həm də ictimai məsuliyyət tələb edir və o sosial sifarişə uyğun olmazsa, siyasi baxımdan vaxtında verilməzssə, bir sonrakı mərhələdə ictimai etimadın zəifləməsinə, növbəti mitinq təşəbbüslərinin boşa çıxmasına səbəb ola bilər. “Odur ki, AXCP mitinq qərarı verərkən bu ictimai məsuliyyəti mütləq nəzərə alır və iki məsələyə xüsusi önəm verir: Birinci mitinqlər üçün sosial sifarişin olması, ikinci isə siyasi baxımdan vaxtın, məqamın doğru seçilməsi. Hər kəs bilməlidir ki, dəfələrlə kəskin repressiya şəraitində mitinq qərarı qəbul etmiş, rejimin zorakılığı qarşısında çoxsaylı qurbanlar vermiş  AXCP-nin bu gün kiməsə öz cəsarətini, təşkilat olaraq varlığını sübut etmək kimi bir problemi, əndişəsi yoxdur.  Rəhbərliyinin demək olar ki, tam əksəriyyəti rejimə qarşı mübarizədə həbsxanalardan keçmiş bu təşkilat üçün mitinq qərarı verməkdə nə kimlərinsə ictimai təzyiq göstərmək cəhdi, nə də ki,  rejimin qadağaları hər hansı təsir göstərə bilməz. Və buna görə də AXCP – dən küsüb inciməyinə də dəyməz. Çünki AXCP bu günə qədər nə Milli Şura, nə də ki, öz rəhbərliyində olan şəxslərin həbsinə  görə hər hansı mitinq qərarı verməyib. Bu həm də ona görə belədir ki, AXCP siyasi həbslərə heç vaxt mübarizənin sonu,  demokratik prosesi bitirə biləcək fəlakət kimi baxmayıb, soyuqqanlı davranıb və ən çətin anlarda da mübarizə meydanından çəkilməyib”.

Partiya funksioneri qeyd edib ki, AXCP bir qayda olaraq siyasi repressiyalara etiraz edəndə də, heç vaxt prosesi fərdiləşdirməyib, kimə görə isə aksiya keçirməyib, bütövlükdə siyasi məhbusların azadlığını tələb edib. “Bilmək lazımdır ki, AXCP – nin mitinqləri cəmiyyətin problemlərinə və demokratik mübarizənin hədəflərinə görə təyin olunur, ayrı – ayrı şəxslərə görə yox. Əgər kimsə fərqli fikirləşirsə və bizim yanaşmamızla razı deyilsə, o zaman AXCP – yə “qəzəblənmədən” buyurub meydanda öz təşəbbüslərini sınaqdan çıxara bilər. Niyə də olmasın ki, biz buna ancaq uğur arzulaya bilərik. Bütün bunları görməzdən gəlib bu gün AXCP – nin hakimiyyətin repressiyalarına məruz qalmış insanları müdafiə etməməkdə qınamaq sadəcə  haqsızlıqdır. Çünki, bu ölkədə Nardaran işinə, Tərtər faciəsinə, Gəncə məsələsinə, vətəndaş cəmiyyəti və media nümayəndələrinin həbsinə, onlara göstərilən təzyiqlərə kimsə Əli Kərimli qədər, heç bir təşkilat da AXCP kimi kütləvi etiraz nümayiş etdirməyib, onların haqqını müdafiə etməyib. Hətta, AXCP təşkilat olaraq  bu məsələdə o qədər səmimi və prinsipialdır ki, özünün təşkilatçısı olmadığı 14 may aksiyasının belə iştirakçılarının və saxlanılanlarının  çoxu yenə cəbhəçilər idi”.

Qəhrəmanlı deyir ki, “Xalq Cəbhəsi siyasi repressiyaya məruz qalmış kimisə müdafiə edirsə, bunu sübut etmək üçün mütləq mitinq keçirməlidir” yanaşması doğru deyil.  “Bu ölkədə demokratik dəyişikliklər perspektivi və Azərbaycan xalqının meydanlara axışıb öz haqqını tələb etməsi,

AXCP-nin verəcəyi qərarlara bağlıdır. Ona görə də qarşısına belə bir hədəf  qoymuş təşkilat heç  bir həbsə, repressiyaya mübarizənin sonu kimi baxmır və  bütün hallarda AXCP yenə də cəmiyyətimizin sosial sifarişinə uyğun olaraq vaxtında öz qərarını verib xalqı meydanlara çağıracaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button