Ölkə içi

Ermənilər minalı ərazilərin xəritəsini niyə vermirlər?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı geniş  bəyanatında Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin Bakıya təqdim olunmamasını vurgulayır. Amma həmin bəyanatda belə cümlədə var: “Bu torpaqları tərk edərkən, Ermənistan silahlı qüvvələri heç bir qeyd aparmadan və ayırd etmədən əraziləri minalayıb…”.

Əgər belədirsə, onda ermənilər Azərbaycana hansı xəritələri verə bilərlər. Bəlkə onların bizə verəcək xəritəsi yoxdur?

Bu suala ANAMA-nın mətbuat xidməti “Turan”a ekspertlərinin rəyinə əsasən cavab verib. Məktubda deyilir: “Ermənistan silahlı qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq yeni mövqelərinin möhkəmləndirilməsi məqsədilə əlavə minalama fəaliyyətləri aparmışdır. İstər keçmiş təmas xətti boyunca, istərsə də digər məqsədlərlə minalanmış ərazilərin xəritələri ANAMA-ya  təqdim olunmamışdır”.

Ehtiyatda olan Silahlı Qüvvələrin zabiti Tərlan Eyvazov məsələni “Turan”a şərh edərkən deyib ki, 1992-93 illərdə olan müharibənin ilk vaxtlarında ermənilərin qeydiyat aparmadan minaların basdırılmakarı mümkündür. “Ola bilsin ki, 2020 ildə ermənilər zəbt etdikləri ərazilərdən tələsik cıxarkən yenə qeyd aparmadan minaları basdırıblar. Amma sakit dövrlərdə, planlı şəkildə minaları yerə basdıranda onlar xəritələrdə qeydlər aparmalıdırlar, və Azərbaycan təfədi bu xəritələri tələb edir. Amma xəritələri versələr yenə də biz onlara inanmamalıyıq və əraziləri ciddi şəkildə özümüz yoxlamalıyıq. İnsanları  əraziləri təmizləmədən oralara buraxmaq olmaz. Onu da qeyd edim ki,  ermənilər bu xəritələri bizə təqdim etməyənə qədər Azərbaycan tərəfi həbs etdiyi erməni terrorcularını Yerevana qaytarmamalıdlr”.

ANAMA-nın bəyanatında deyilir:  Ermənistan tərəfində mövcud olan minalanmış ərazilərin xəritələrinin təqdim olunmaması humanitar minatəmizləmə fəaliyyətinin planlaşdırılmasına və icrasına öz mənfi təsirini göstərir və azad edilmiş ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsini, şəhər və kəndlərin bərpasını və növbəti mərhələdə məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə törədir. Ermənistan tərəfinın bu məlumatların təqdim etməməsi, beynəlxalq humanitar normaları məqsədli şəkildə pozması deməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button