Ölkə içi

Ermənistan XİN-i: “Erməni keşişlər Şuşadakı kilsəyə buraxılmalıdırlar”

Ermənistanın Xarici İşlər Nazirliyi Şuşa şəhərindəki erməni kilsəsi ilə bağlı açıqlama yayıb. JAMAZ.İNFO xəbər verir ki, nazirliyin mətbuat katibi Vaan Unanyan həmin kilsənin guya, “təhlükə altında” olduğunu deyib.

O iddia edib ki, Şuşa kilsəsinin xarici görünüşü dəyişdirilir və erməni mənşəli dini-ibadət ocağı olmaqdan çıxarılır. Onun iddialarına görə, guya, Qarabağdakı erməni “mədəniyyət abidələri”nin hamısını eyni aqibət gözləyir və Azərbaycan tərəfi Qarabağdakı bütün erməni “mədəniyyət nümuniləri”nin izini silməyə çalışır.

Amma Unanyan bununla da kifayətlənməyib, təmsil etdiyi nazirliyin daha bir istəyini dilə gətirib. O deyib ki, erməni keşişçlər Şuşadakı kilsəyə buraxılmalı və onlara orada ibadətlə məşğul olmaq üçün şərait yaradılmalıdır.

P.S. Erməni tərəfi bu məsələni davamlı olaraq qabartmaqla, özlərini təmizə çıxarmağa çalışırlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan heç vaxt tarixi-mədəniyyət abidələrini dağıtmayıb. Xüsusən də erməni kilsələrinə toxunmayıb. Əgər belə olsaydı, Bakının düz mərkəzində erməni kilsəsinin nəinki fəaliyyət göstərməsinə, hətta mövcudluğuna son qoyardı.

Ermənilərin ağılları özlərinə gedib. Ona görə ki, həmişə vandal olublar. Bunun əyani sübutu kimi, çoxlu misallar çəkə bilərik. Məsələn, Zəngəzur, Göycə və İrəvandakı tarixi mədəniyyət və dini ocaqlarımızın hamısı məhv edilib. Qarabağdakı bir-iki məsciddən başqa heç bir dini ibadət yerimiz salamat qalmayıb. Məscidlərdə donuz saxlayıb, müsəlmanların heysiyyatını təhqir edənlər, bu gün dini inancdan, mədəniyyət obyektlərinin qorunmasından danışır.

Qaldı, Şuşadakı erməni kilsəsinə keşişlərin buraxılmasına, orda zatən keşiş var və Allaha ibadətləri də yerinə gətirir. Udin din adamları bu işin öhdəsindən lazımınca gəlir, erməni keşişə də gərək yoxdur. Erməni keşişlər bu qədər pəhrizkar, ibadətkardırlarsa, onlara Xudavəng və Amarasda ibadətlərini eləsinlər.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button