Ölkə içi

“Hər şey Bakı və İrəvanda həll edilmir”

“Ermənistanda revanş istəyində olanların hakimiyyətə gəlməsi, yeni müharibə Bakının marağında deyil. Ona görə də, İrəvanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün sərfəli deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu rus ekspert Aleksandr Skakov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan üçün ən sərfəli variant İrəvanda stabilliyin olmasıdır. “Təki hakimiyyət dəyişməsin. Orada qorxurlar. Bakıdakılar hesab edirlər ki, Ermənistanda revanşistlər, “müharibə partiyası” hakimiyyətə gələrsə, bu yeni müharibə deməkdir. Bu, onlara lazım deyil. Onları Paşinyan tam təmin edir. Çünki onunla hər şey razılaşdırılıb”.

Skakov hesab edir ki, hər şey Bakı və İrəvanda həll edilmir. “Burada Rusiya və Türkiyənin də rolu mühümdür. Moskva mühüm dərəcədə, Türkiyə isə zəif formada proseslərə təsir etmək gücündədir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button