Ölkə içi

Hüquq müdafiəçiləri Saleh Rüstəmliyə baş çəkib

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Ədliyyə Nazirliyi yanında İctimai Müşahidə Komitəsinin rəhbəri Əliməmməd Nuriyev Saleh Rüstəmliyə baş çəkiblər. Onlar S. Rüstəmlinin amnistiyaya düşməsinə çalışırlar. Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Bununla belə o qeyd edib ki, Saleh Rüstəmlinin vəziyyəti ağır olaraq qalır. “Hüquq müdafiəçiləri Salehdən aclığı dayandırmağı xahiş ediblər. Ancaq o imtina edib və məcburi qidalanmaya imkan verməyəcəyini bildirib”, – deyə vəkil qeyd edib.

Öz növbəsində hüquq müdafiəçisi Novella Cəfəroğlu “Turan”-a bildirib ki, Rüstəmli 15 kiloqram çəki itirib. “Biz aclığın orqanizm üçün ciddi fəsadlara səbəb olacağından narahatıq”, – Cəfəroğlu deyib və qeyd edib ki, onlar artıq ölkə prezidentinə müraciət ediblər. “Biz prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməyə və Rüstəmlinin amnistiyaya düşməsi üçün ittihamların yumşaldılmasına nail olmağa çalışırıq. Saleh Rüstəmli ləyaqətli insandır. Biz onun və digər siyasi məhbusların azad edilməsini istəyirik ki, ölkə beynəlxalq tənqidlərə məruz qalmasın”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. S. Rüstəmli noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button