Siyasət

Abbas Cümə: “Sülhməramlıların Qarabağda 5 ildən artıq qalacağına heç kim təminat verə bilməz”

“Ən mühüm sual budur: Rus sülhməramlıları Qarabağda nə qədər qalacaqlar? Onların 5 il və ya daha çox Qarabağda qalacaqlarına dair heç bir təminat yoxdur. Çünki müqaviləyə əsasən tərəflərdən biri müddətin bitməsinə 6 ay qalmış sülhməramlıların çıxması barədə qərar verə bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri siyasi şərhçi, jurnalist Abbas Cümə deyib.

O hesab edir ki, Cənubi Qafqazda Rusiya üçün problem yaradan əsas qüvvə Türkiyə və onun nəzarətində olan Bakı ola bilər. “Heç kim təminat verə bilməz ki, Bakı rus sülhməramlılarının orada 5 ildən artıq qalmasına icazə verəcək”.

Abbas Cümə deyir ki, Ermənistanın Rusiya ilə dərin əlaqələr qurması, sülhməramlıların bölgədə qalması erməni dövlətinin gələcəyi üçün lazımdır. “Bakı üçün isə bunun heç bir əhəmiyyəti yoxdur. Elə o səbəbdəndir ki, Qarabağdakı rus sülhməramlılarla bağlı Azərbaycan tərəfi davamlı olaraq neqativ fikirlər səsləndirir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button