Siyasət

“Ermənilərin revanş istəməsi xülyadan başqa bir şey deyil”

“Hazırda müharibənin başlama riski çox aşağıdır. Ona görə ki, Qarabağda rus sülhməramlıları var”. JAMAZ.İNFO xəbər verir ki, bu asözləri “Qız Qalası” teleqram kanalının rəhbəri, Qarabağ münaqişəsi üzrə ekspert Sədat Quliyev deyib.

Quliyev deyir ki, Azərbaycan hələki Rusiyaya inanır. “Bakı hesab edir ki, Rusiya ilə dost münasibətlərə malikdir və bu səbəbdən də anlaşmanın icra ediləcəyinə etibar edir”.

O hesab edir ki, Ermənistanın revanş istəməsi və bunu həyata keçirəcəyi inandıcı görünmür. “Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda bir çoxları revanş edərək, hücuma keçməyə çağırır. Bəziləri hətta partizan müharibəsi aparılmasını təklif edir. Onu da deyirlər ki, “hələ heç nə bitməyib”. Sosial şəbəkələrdən də görünür ki, ermənilər çox aqressivdirlər. Lakin bu təhdidlər və çıxışlar heç biri reallığa söykənmir. Azərbaycan Ordusu hazırda çox güclüdür. Əgər Qarabağda separatizm yenidən baş qaldırarsa, Azərbaycan onu dərhal yatıracaq və məhv edəcək gücdədir. Ona görə də, ermənilərin danışıqları xülyadan başqa bir şey deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button