ManşetSiyasət

“Rusiya Qarabağdan öz geosiyasi problemlərində istifadə etmək istəyir”

“Qarabağda müharibəni Rusiya dayandırdı. Əgər noyabrın 10-da üçtərəfli anlaşma əldə olunmasaydı və müharibə davam etsəydi, noyabrın 10-da Araik Arutyunyanı helikopterlə Bakıya aparacaqdılar. Orada da kameranın qarşısında əyləşdirib, Artsax xalqına müraciət etdirib, telekanal vasitəsi ilə yayacaqdılar”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistan Konstitusiya Məhkəməsinin sabiq sədri Edqar Kazaryanın verib.

O açıqlamasında bildirir ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa etmək üzrəydi. “Azərbaycan Qarabağı tam götürməkdə israrlıydılar. Həmin vaxt Qarabağda rus sülhməramlıları da yox idi. Ruslar isə çoxdan arzularyırdılar ki, Qarabağa yerləşsinlər. Noyabrın 9-da müharibə səngiyən kimi, Rusiya onu tam dayandırdı. Ona görə də, artıq Ermənistan Qarabağa nəzarət edə bilmir. Qarabağ artıq ermənilərin deyil. Qarabağın böyük hissəsi bizim hakimiyyət tərəfindən Azərbaycana verildi. Rusiya isə özünün geosiyasi problemlərində istifadə etmək üçün çox da böyük olmayan ərazini özünə saxladı”.

Lakin Kazaryan da rusların konkret olaraq hansı geosiyasi problemdən bəhs edildiyinə aydınlıq gətirməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button