Sosial

Nazir müavini içkili halda qəza törədibmiş?

Hələ 2018-ci ildə Bakıda baş vermiş bir avtomobil qəzası o dövr üçün adi statistikadan o yana keçmədi. Məsələ nə idi?

Rəsmi məlumatlara görə, 2018-ci ildə “Audi Q-3” markalı avtomobili ilə “Koroğlu” metrosunun yaxınlığında yerləşən “Bravo” marketinə çırpılmışdı. Avtomobilin sürücüsü isə içkili bir qadın imiş. O zaman sürücünün adı çəkilməsə də, məsələnin ört-basdır edildiyi diqqəti çəkmişdi. Lakin bu günlərdə məlum olub ki, həmin şəxs heç də vəzifəcə kiçik adam deyilmiş.

JAMAZ.İNFO xəbər verir ki, 3 il bundan öncə baş vermiş qəza ilə bağlı araşdırma aparan tanınmış blogger Mehman Hüseynov maraqlı məlumat paylaşıb. O bildirib ki, həmin vaxt hadisəni törədən şəxs bu gün nazir müavini olan, bir neçə gün əvvəl hazırkı nazirlə birlikdə xeyli fotoları və videosu yayılmış bolqar əsilli Mariana Vasilyevadır.

Qeyd edək ki, Mariana Vasilyeva həmin dönəmlərdə Bədii Gimnastika üzrə Azərbaycan Milli Yığmasının baş məşqçisi olaraq çalışırdı. Bu yaxınlarda isə o, Azərbaycan Gənclər və İdman Nazirliyində yüksək vəzifəyə təyinat alıb. Belə ki, o, nazir müavini təyin olunub.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button